#Vatikan

Vatikan Dövlət Başçısı Papa 14. Leo ilə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Roma şəhərində görüşüb. Görüş zamanı Rusiyanın Ukraynaya qarşı apardığı müharibə və diplomatik təşəbbüslərin davam etdirilməsi müzakirə olunub. Vatikan Mətbuat Ofisinin açıqlamasında bildirilib ki, Papa Ukraynadakı münaqişəyə dair səmimi söhbətdə dialoqun davam etdirilməsinin vacib olduğunu və bu səylərin ədalətli və davamlı sülhə yol aça biləcəyi ümidini ifadə edib.

“Səmavi dinlər” layihəsi əsasında Azərbaycan xalçaçılarının ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə təqdimatı olan bu sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür.

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. Görüşdə qubernatorluğun prezidenti Raffaella Petrini Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin və səmimi təşəkkürünü bildirib. Rahibə Raffaella Petrini Azərbaycanın Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Taca səfərlərini yüksək qiymətləndirərək, Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb. Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb.

Vatikan rəsmi olaraq Papa XIV Leonun ilk xarici səfərinin Türkiyəyə olacağını açıqlayıb. Vatikan Mətbuat Ofisinin məlumatına görə, Papa 27–30 noyabr 2025 tarixlərində Türkiyəni, daha sonra isə Livana ziyarət edəcək. Vatikan Mətbuat Ofisi direktoru Matteo Bruni, Papanın hər iki səfəri üçün “müvafiq ölkələrin prezidentlərinin və kilsə rəhbərlərinin dəvətini qəbul etdiyini” bildirib.