“Boeing” şirkəti tərəfindən hazırlanmaqda olan iki yeni “Air Force One” prezident təyyarəsinin birincisinin təhvili daha bir il gecikərək 2028-ci ilin ortalarına planlaşdırılıb.
#Airbus
Azərbaycan Hava Yolları aviaşirkəti “Airbus” şirkətindən rəsmi direktivlər daxil olan kimi təyyarə parkında operativ şəkildə texniki yoxlamalar aparıb. Yoxlamanın nəticələrinə əsasən, korreksiya tədbirlərinin görülməsi tövsiyə olunan üç təyyarə müəyyən edilib.
İstanbul–Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən "Centrium Air" aviaşirkətinə məxsus Airbus A321 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib. Hava Limanından AzerVoice-ə verilən məlumata görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub. Bildirilib ki, təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib. Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət tərəfindən sərnişinə yerində ilkin yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.