#Şərqi Qüds

İsrailli millətçi qruplar işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərinin dar küçələrində yürüş keçirərək “Ərəblərə ölüm” və “Kəndləriniz yansın” kimi şüarlar səsləndiriblər. Son illərdə yürüşlər ifrat sağçı qrupların təxribat xarakterli şüarları, fələstinlilərə və jurnalistlərə qarşı hücumlar səbəbindən dəfələrlə zorakılıq halları ilə müşayiət olunub.

İsrailin oktyabr 2023-dən etibarən Qəzzaya etdiyi hücumlar nəticəsində ümumilikdə 72 min 742 nəfər ölüb, yaralıların sayı isə 172 min 565-ə çatıb. Atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza Zolağını hədəf almağa davam edir. 10 oktyabr 2025-ci ildən qüvvəyə minən ateşkəsdən sonra İsrailin hücumlarında 856 nəfər ölüb, 2 min 463 nəfər yaralanıb, 770 nəfərin cansız bədəni isə dağıntılar altından çıxarılıb.

Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri birgə bəyanat yayıblar. Bəyanatda İsrailin Qüdsdə müsəlman və xristian müqəddəs məkanlarının tarixi və hüquqi statusuna qarşı təkrarlanan pozuntuları, xüsusilə İsrail rəsmiləri və məskunlaşanların polis müşayiəti ilə Məscidül-Əqsaya daxil olması və ərazidə İsrail bayrağının qaldırılması qınanıb.

Bu gün, bazar ertəsi, İsrail işğal qüvvələrinin ciddi mühafizəsi altında onlarla yəhudi Əl-Əqsa məscidinə daxil olaraq Qübbətüs-Səxra qarşısında “epik səcdə” adlanan dini ayini icra ediblər. Basqına radikal baxışları ilə tanınan israilli haham Eyal Tsinov rəhbərlik edib. O, Qübbətüs-Səxraya aparan pilləkənlərdə dua edərək müsəlmanların hisslərini təhqir edən addım atıb.

İslam ümməti bu gün sivilizasiya yolayrıcında dayanıb. Bu, yalnız geosiyasi və ya dini bir yolayrıcı deyil, həm də mənəviyyatın və mahiyyətin özünün yolayrıcısıdır. Çünki artıq qarşıda duran sual sadəcə "Müsəlmanlar böhranlardan, işğaldan, təcriddən və anlaşılmazlıqdan necə xilas olsunlar?" sualı deyil. Əsl dərin sual budur: Ümmət özünü dünyaya cavab verən "yaralı bir kütlə" kimi anlayacaq, yoxsa bəşəriyyətin gələcək yükünü daşımaqda iştirak edən məsuliyyətli "əxlaqi bir cəmiyyət" kimi? Bu fərq həlledicidir.

İşğal altındakı Şərqi Qüdsdə yerləşən müsəlmanların ilk qibləsi Məscid-i Əqsa 41 günlük tam qadağadan sonra yenidən ibadətə açılıb. 28 fevral tarixindən – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gündən bəri bağlı qalan müqəddəs məkanda ilk süph namazı qılınıb.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Ərəb Dövlətləri Liqası və Afrika İttifaqı bu gün işğal altındakı Qüdsdə baş verən hadisələrlə bağlı genişmiqyaslı birgə bəyanat yayıblar. Üç nəhəng beynəlxalq təşkilat İsrailin müqəddəs məkanlara, xüsusilə Məscidül-Əqsaya qarşı artan hücumlarını kəskin şəkildə pisləyərək bunun qlobal fəsadları barədə xəbərdarlıq ediblər.

Müsəlmanların ilk qibləsi sayılan müqəddəs məkanda bu gün də Cümə namazının qılınmasına icazə verilməyib. Fevralın 28-dən bəri tətbiq edilən bu qadağa çərçivəsində, 1967-ci il işğalından bu yana ilk dəfə olaraq Ramazan Bayramında da Əqsada bayram namazı qılınmayıb. Eyni zamanda, fanatik yəhudi qruplarının aprelin 1-dən 8-dək davam edən "Hamursuz Bayramı" münasibətilə müqəddəs məkana basqın təşkil etmək və burada qurban kəsmək çağırışları gərginliyi daha da artırıb. Bu qrupların süni intellektlə hazırlanmış görüntülər vasitəsilə apardıqları təbliğat İslam dünyasında ciddi narahatlığa səbəb olub.

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin fələstinli qaçqınlara yardım göstərən BMT agentliyinə qarşı son addımlarının milyonlarla insanın təhsil və səhiyyə kimi əsas xidmətlərdən məhrum qalması riski yaratdığı barədə xəbərdarlıq edib. İsrail parlamenti BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) diplomatik toxunulmazlığını ləğv edən və İsrail şirkətlərinə agentliyin obyektlərinə su və elektrik enerjisi verilməsini qadağan edən qanunvericiliyi qəbul edib.