ABŞ aprel ortasında İran limanlarına qarşı başladılan dəniz blokadası çərçivəsində 125 ticarət gəmisinin istiqamətini dəyişdiyini açıqlayıb. Blokadaya əməl etməyən altı gəmi neytrallaşdırılıb. Donald Trampın başlatdığı bu əməliyyat İranın neft ixracını məhdudlaşdırmaq və ölkəni danışıqlar üçün təzyiq altında saxlamaq məqsədini daşıyır. Bu addım regionda ticarət və enerji təhlükəsizliyi ilə bağlı gərginliyi artırır.
#neft ixracı
Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə ilə Pakistan arasında Pakistanın 3 dəniz və 2 quru sahəsində neft və qaz axtarışı və istehsalı ilə bağlı müqavilələr imzalanıb. Bu anlaşmalar Türkiyə Petrolləri (TPAO) ilə Pakistanın Mari Energies, Fatima, OGDCL, PPL, Prime və GHPL şirkətləri arasında bağlanıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət olan OPEC+ qrupunun üzvü olan 8 ölkə, dekabr ayında gündəlik neft hasilatını 137 min barel artırmaq qərarına gəlib. OPEC tərəfindən verilən açıqlamaya əsasən, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman qlobal bazar şərtlərini və perspektivlərini qiymətləndirmək üçün onlayn toplantı keçirib.
QatarEnergy şirkəti İtaliyanın Eni şirkəti ilə “farm-in” sazişini yekunlaşdıraraq, Misir Ərəb Respublikasının sahillərində yerləşən North Rafah dəniz kəşfiyyat blokunda 40 faiz iştirak payı əldə edib. Misir hökuməti tərəfindən yaxın günlərdə təsdiqlənən bu razılaşmaya əsasən, QatarEnergy-nin payı 40 faiz, blokun operatoru olan Eni şirkətinin payı isə 60 faiz olaraq qalacaq. Energetika məsələləri üzrə dövlət naziri, QatarEnergy şirkətinin prezidenti və baş icraçı direktoru Səad Şeridə əl-Kaabi sazişlə bağlı bildirib:
Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib.Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "PASHA Holding" tərəfindən Bakıda təşkil olunmuş "INMerge Innovation Summit" zirvə toplantısında deyib.
Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 21 milyon 233 min 39 ton xam neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 749 min 196 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 19 milyon 483 min 843 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq xam neft məhsulları 18 milyon 377 min 811 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.
Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 62 milyon 506 min 229 ton neft məhsulları daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 4 milyon 72 min 417 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 58 milyon 433 min 812 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb. “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq neft məhsulları 21 milyon 447 min 130 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.
Neft gələcək onilliklərdə də həyati əhəmiyyətini qoruyacaq və OPEC-in proqnozuna görə, 2050-ci ilə qədər ona olan tələbat sutkada 123 milyon barelə çata bilər. Bu artım əsasən qlobal iqtisadi inkişaf və əhali sayının çoxalması ilə əlaqələndirilir. AzerVoice xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysəm əl-Qays təşkilatın 65 illiyinə həsr olunmuş məqaləsində yazıb. Əl-Qays bildirib ki, “Gələcəyə baxdıqda, neftin həyati vacibliyini qoruyacağına əminliklə demək olar. OPEC-in “World Oil Outlook 2025” hesabatına görə, 2050-ci ildə neftə tələbat sutkada təxminən 123 milyon barelə çata bilər. Bu, iqtisadiyyatların genişlənməsi və artan əhali fonunda daha çox enerjiyə ehtiyac duyulması ilə bağlıdır. Enerji təhlükəsizliyi isə hələ də hər kəs üçün kritikdir və neft olmadan mümkün deyil.”
2025-ci ilin birinci yarısında "Səngəçal" terminalından 106 milyon barel neft və kondensat ixrac edilib ki, bunun da əsas hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə göndərilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ixracın həcmi 110 milyon barel olub, beləliklə, göstərici illik müqayisədə 3,6 faiz azalıb.
İyul ayında Türkiyədə ümumi neft hasilatı 4 milyon barel, təbii qaz hasilatı isə 288 milyon kubmetr təşkil edib. Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, həm neft, həm də qaz hasilatı fasiləsiz davam etdirilir. Bu dövrdə neft ekvivalenti ilə birlikdə ümumi hasilat 5,7 milyon barelə çatıb.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatı 0,54 milyon barel təşkil edəcək. 2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,55 milyon barrelə başlaması, ikinci rübdə 0,54 milyon barrelə enməsi, daha sonra üçüncü və dördüncü rüblərdə 0,53 milyon barrelə enəcəyi gözlənilir. 2025-ci il üçün də EIA orta gündəlik hasilatı 0,57 milyon barel nəzərdə tutaraq proqnozunu dəyişməz saxlayıb. Birinci və ikinci rüblərdə bu göstərici sutkada 0,57 milyon barel, ilin ikinci yarısında isə cüzi azalma ilə sutkada 0,56 milyon barel səviyyəsində proqnozlaşdırılır.
İraqın neft naziri Hayyan Əbdülqəni Ceyhan limanı vasitəsilə neft ixracının bu gün və ya sabah başlayacağını açıqlayıb. İraqın rəsmi agentliyi olan İNA-nın verdiyi xəbərə görə, Kərkükə səfər edən neft naziri Əbdülqani Türkiyə üzərindən neft ixracının bərpası ilə bağlı açıqlamalar verib. "Ceyhan Limanı vasitəsilə neft ixracı bu gün və ya sabah başlayacaq. KRG ilə razılaşmadan sonra birinci mərhələdə gündəlik 80 min barel neft ixrac edəcəyik" - deyə Əbdülqəni qeyd edib.