#viza

ABŞ Dövlət Departamenti Qəzza sakinlərinə verilən vizaların fəaliyyətini dayandırıb. Bu barədə qurumun "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib. Beləliklə, ABŞ müvəqqəti olaraq Qəzza sakinlərinə verilən vizaları dayandırıb və səbəb kimi humanitar və tibbi vizaların verilməsi mexanizminin yenidən yoxlanılmasını əsas göstərib.

Fransa Prezidenti Emmanuel Makron, Əlcəzair vətəndaşlarının öz ölkələrinə deportasiyası ilə bağlı artan gərginlik fonunda, hökumətinə Əlcəzairli diplomatlara vizaların verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsini tapşırıb. Makron, həmçinin Xarici İşlər naziri Jan Noel Barroya 2013-cü ildə imzalanmış və rəsmi pasport sahiblərini viza tələbindən azad edən razılaşmanın dayandırılması barədə Əlcəzair tərəfinə rəsmi məlumat verilməsini əmr edib.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin xristian təşkilatları və onların xarici işçilərinə viza verilməsini çətinləşdirdiyini bildirib və bu vəziyyətin davamı halında, ABŞ səfirliyinin də israilli turistlərin vizalarına məhdudiyyətlər tətbiq edəcəyini bəyan edib.