Türkiyə Respublikası ilə Belarus Respublikası arasında 29 mart 2013-cü il tarixində imzalanmış “Viza Tələblərinin Qarşılıqlı Ləğvi Anlaşması”na dəyişiklik edilməsi barədə protokol rəsmi olaraq təsdiqlənib.
#viza
İraq və Türkiyə arasında yeni elektron viza sistemi rəsmi olaraq işə salınıb. Sistem İraqın Ankaradakı səfirliyində təşkil olunan mərasimlə təqdim edilib. Tədbirdə İraqın Ankara səfiri Məcid Əbdülrəd Haşən əl-Ləçmavi, İraqın Nüfus və Pasport Baş İdarəsinin rəisi Nəşat əl-Xafaci, İraq Daxili İşlər Nazirliyi sözçüsü Abbas əl-Bəhədli və digər rəsmi şəxslər iştirak ediblər. Səfir Məcid əl-Ləçmavi çıxışında, Türkiyəyə səfər üçün yeni elektron viza prosedurlarının artıq işə başladığını açıqlayıb. O bildirib ki, bu sistem İraqın Xarici İşlər və Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq nəticəsində yaradılıb.
31 oktyabr 2025-ci il tarixində London şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Anqolanın xarici işlər naziri Tete Antoniu ilə görüş keçirib.Azərbaycan–Anqola əlaqələrinin siyasi məsləhətləşmələr vasitəsilə inkişafı, ticarət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri Dr. Əbdüllətif bin Rəşid Əz-Zayani ilə görüş keçirib.Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Ticarət naziri Ömər Bolat, Liviyanın Nəqliyyat naziri Məhəmməd Salim əş-Şəhubi ilə Ankarada keçirilən görüşdə Liviyalı vətəndaşlar üçün yeni vizə sisteminin tətbiq edildiyini açıqlayıb. Nazir bildirib ki, 15 sentyabr 2025 tarixindən etibarən Liviyalılar üçün uzunmüddətli və çoxgirişli vizə proseduruna başlanılıb. Bolat, bu qərarın iki ölkə arasındakı iqtisadi, ticarət və investisiya münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu sistem Liviyalıların Türkiyəyə gəlişini asanlaşdıracaq və əlaqələri gücləndirəcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ-ın Fələstin prezidenti Mahmud Abbasa viza verməməsi ilə bağlı Ankaranın mövqeyini açıqlayıb. Fidan dövlət olaraq alternativ variantlar üzərində işlədiklərini, bu çərçivədə Fələstin rəsmiləri və ərəb ölkələri ilə geniş məsləhətləşmələrin aparıldığını bildirib. Nazir vurğulayıb ki, Türkiyənin Fələstin məsələsindəki mövqeyi dəyişməz olaraq qalır. O, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının bu il xüsusi əhəmiyyət daşıdığını qeyd edib və izlas çərçivəsində Fələstin mövzusunda konfrans təşkil ediləcəyini xatırladaraq, bu tədbirin vacibliyinə diqqət çəkib.
“The New York Times” qəzetinin dörd ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, ABŞ rəhbərliyi Qəzzalılar və İordan çayının qərb sahilində yaşayan, həmçinin Fələstin diasporundan olan şəxslər üçün qeyri-immiqrasiya vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb. Bu qərar avqustun 18-də ABŞ Dövlət Departamentinin bütün səfirliklərə göndərdiyi memorandumda rəsmi şəkildə bildirilib. Qərar müalicə, universitet təhsili, işgüzar səfərlər və ya şəxsi ziyarətlər kimi məqsədlərlə ABŞ-a səyahət etmək istəyən Fələstin pasportu sahiblərinə şamil edilir.
Artıq rusiyalı vətəndaşlar vizanı müstəqil şəkildə əldə edə bilməyəcəklər. Viza müraciətləri yalnız yerli turizm şirkətləri vasitəsilə və rusiyalı operatorların xətti ilə həyata keçiriləcək. Səfirliyin açıqlamasına görə, qərar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlıdır və əsas məqsəd “arzuolunmaz şəxslərin ölkəyə daxil olmasının qarşısını almaqdır”. Qeyd edək ki, 2023-cü ildə İran Rusiya və 32 ölkənin vətəndaşları üçün viza tələbini ləğv etmişdi ki, bu da turizmi artırmaq məqsədi daşıyırdı. Lakin son qərar bu imtiyazı ləğv edərək, rusiyalı turistlər üçün girişi çətinləşdirib.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) açıqlamasına görə, təklif olunan qanun layihəsi qəbul edilərsə, F-1 və J-1 viza sahibləri, yəni xarici tələbələr və mədəni mübadilə proqramı iştirakçıları maksimum 4 il, xarici mətbuat nümayəndələri (I viza) isə 240 gün ölkədə qala biləcək. DHS-nin bəyanatında, əvvəlki administrasiyaların “qeyri-müəyyən müddətə qalmağa icazə verməsinin təhlükəsizlik riskləri yaratdığı və ABŞ vətəndaşlarını zərərə uğrattığı” iddia edilib. Yeni qaydaların sui-istifadəni aradan qaldıracağı və federal hökumətin yükünü yüngülləşdirəcəyi vurğulanıb. X platformasında yayılan fikirlər, bu təklifin xarici tələbələrə və ABŞ-ın beynəlxalq təhsil cəlbediciliyinə mənfi təsir göstərə biləcəyini qeyd edir.
Dövlət Departamenti ilin əvvəlindən bu yana tələbələrin viza müddətinin pozulması, müxtəlif qanun pozuntuları və təhlükəsizliklə bağlı səbəblərə görə 6 mindən çox vizanın ləğv edildiyini təsdiqləyib. Rəsmi açıqlamada bildirilib ki, bu ləğvlərin böyük əksəriyyəti “hücum, sərxoş halda avtomobil idarəetmə, oğurluq və terrorizmə dəstək” kimi hallarla bağlıdır. Təxminən 4000 tələbənin vizası qanun pozuntularına görə, 200-300 nəfərin vizası isə “terrorla əlaqəli səbəblər” üzündən ləğv olunub.
ABŞ Dövlət Departamenti Qəzza sakinlərinə verilən vizaların fəaliyyətini dayandırıb. Bu barədə qurumun "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib. Beləliklə, ABŞ müvəqqəti olaraq Qəzza sakinlərinə verilən vizaları dayandırıb və səbəb kimi humanitar və tibbi vizaların verilməsi mexanizminin yenidən yoxlanılmasını əsas göstərib.