#Gəmiçilik

Beynəlxalq gəmiçilik təşkilatları Hörmüz boğazını hələ də müharibə zonası hesab edir. Bu qərar ötən həftə iki gəminin hücuma məruz qalmasından sonra qəbul olunub. Təşkilatlar bölgədə təhlükənin davam etdiyini və vəziyyətin dəyişkən olduğunu bildirirlər. Hörmüz boğazı ən azı iyulun 9-dək "müharibə əməliyyatları bölgəsi" statusunda qalacaq. Bu status dənizçilərin ikiqat əməkhaqqı almasını və əlavə təminatlardan istifadə etməsini nəzərdə tutur. Nəticədə gəmiçilik şirkətlərinin xərcləri artır. Fevralın 28-dən bəri bölgədə azı 14 dənizçi həlak olub, 40-dan çox gəmi hücuma məruz qalıb.

Hörmüz boğazında gəmiçiliyin tam bərpası üçün minatəmizləmə işləri davam edir. ABŞ ilə İran arasında imzalanmış çərçivə sazişi İranın 30 gün ərzində dəniz minalarını təmizləməsini nəzərdə tutur. Mütəxəssislər hesab edirlər ki, gəmi hərəkəti artsa da, müharibədən əvvəlki səviyyəyə qayıtmaq vaxt aparacaq. Gəmiçilik şirkətləri və sığorta qurumları boğazda risklərin hələ də yüksək olduğunu bildirirlər. Dəniz minaları müxtəlif üsullarla işə düşə bildiyi üçün onların aşkarlanması və zərərsizləşdirilməsi mürəkkəb proses hesab olunur. Bu işdə xüsusi gəmilər, sonar avadanlıqları və pilotsuz sualtı vasitələrdən istifadə edilir. Minatəmizləmə boğazda təhlükəsiz gəmiçiliyin təmin olunması üçün əsas mərhələlərdən biri sayılır.

İran Hörmüz boğazında gəmiçilik qaydaları ilə bağlı mövqeyini bir daha sərtləşdirib. İran İnqilab Keşikçiləri Korpusu boğazdan keçidin yalnız Tehranın müəyyən etdiyi marşrutlar üzrə mümkün olduğunu açıqlayıb. İran Dövlət Televiziyasının yaydığı məlumata görə, bölgədə tətbiq olunan hüquqi qaydaların əsasını İran qanunvericiliyi təşkil edir. Rəsmi mövqedə İranın razılığı olmadan istifadə edilən marşrutların təhlükəsizliyinə təminat verilmədiyi bir daha vurğulanıb. Son günlər Hörmüz boğazında baş verən insidentlər və gəmilərlə bağlı xəbərdarlıqlar bölgədə gərginliyi artırıb. İran rəsmiləri boğazın idarə olunması məsələsində sahilyanı dövlət kimi öz hüquqlarını ön plana çıxarırlar. Hörmüz boğazı dünya enerji daşımalarının ən mühüm marşrutlarından biri hesab olunur. Buna görə də bölgədə verilən hər bir açıqlama beynəlxalq diqqətlə izlənilir.

İran Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı yeni mövqeyini açıqlayıb. Xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, İranın razılığı və koordinasiyası olmadan müəyyən edilən alternativ marşrutlarla hərəkət edən gəmilərin təhlükəsizliyinə təminat verilmir. Onun sözlərinə görə, etibarlı keçid mexanizmi yalnız İranın iştirakı və İslamabad Anlaşma Memorandumunun müddəalarına uyğun şəkildə formalaşdırılmalıdır. Əks halda, paralel marşrutların fəaliyyəti dayandırıla bilər. İran rəsmisi vurğulayıb ki, Hörmüz boğazının gələcək idarə olunması Oman və digər sahilyanı dövlətlərlə beynəlxalq hüquq çərçivəsində razılaşdırılmalıdır. Bu açıqlama bölgədə təhlükəsizlik və dəniz nəqliyyatı ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Son günlər Hörmüz boğazında baş verən hadisələr beynəlxalq gəmiçiliyin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Tehran isə bölgənin idarə olunmasında sahilyanı dövlətlərin rolunun əsas olduğunu vurğulayır.

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı Hörmüz boğazında gəmilər üçün yeni evakuasiya sxeminin işə salındığını açıqlayıb. IMO sözçüsü gəmilərin artıq bu mexanizm vasitəsilə keçid etdiyini bildirib. Reuters-in məlumatına görə, son 12 saatda ən azı üç gəmi boğazdan keçib. Oman da əvvəlcə müvəqqəti tranzit dəhlizi üzərində işlədiyini açıqlamışdı. Addım regionda dəniz təhlükəsizliyinin bərpası istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.

Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi üçün tərəflər arasında rabitə xətti yaradılıb. İran Xarici İşlər Nazirliyi danışıqlarda irəliləyiş olduğunu bildirib. Bununla belə, Tehran boğazın bağlandığını elan edib və gəmilərə yaxınlaşmamaq barədə xəbərdarlıq edib. Gərginlik davam etsə də, kommunikasiya kanalları açıq saxlanılır. Məsələ hələ də diplomatik müzakirə mövzusudur. Ekspertlər bunu geniş prosesin bir hissəsi sayır. Bölgədə risklər qalır.

Hörmüz boğazında neft tanker hərəkəti tədricən bərpa olunmağa başlayıb. İki xam neft tankeri təxminən 2 milyon barrel yük ilə keçid edib. Eyni zamanda iki supertanker də Körfəzə daxil olub. Gəmilərdən birinin istiqaməti Bəsrə limanı olub. Lakin ümumi hərəkət hələ də əvvəlki səviyyədən xeyli aşağıdır. Münaqişədən əvvəl gündəlik orta göstərici 125 gəmi idi. Məlumatlar gəmi izləmə sistemlərinə əsaslanır.

İran və Oman Hörmüz boğazında beynəlxalq hüquqa riayət edəcəklərini təsdiqləyib. Tərəflər dəniz təhlükəsizliyi və sərbəst gəmiçiliyin vacibliyini vurğulayıblar. ABŞ–İran memorandumu fonunda regional sabitlik müzakirə olunub. Diplomatik səylərin artırılması çağırışı edilib. Məqsəd regionda təhlükəsiz və sabit mühitin təmin edilməsidir.

Donald Tramp Hörmüz boğazının cümə gününə qədər tam açılacağını bildirib. O, bu açıqlamanı Fransada keçirilən Yeddilər Qrupu sammitində verib. Trampın sözlərinə görə, bölgədə gəmiçilik fəaliyyəti mərhələli şəkildə bərpa olunur. Boğazın açılması qlobal enerji və ticarət üçün mühüm əhəmiyyət daşıyır. ABŞ Prezidenti prosesin yaxın günlərdə yekunlaşacağını qeyd edib. Hörmüz boğazı beynəlxalq logistika üçün strateji əhəmiyyətli keçid sayılır. Hazırda bölgədə təhlükəsizlik və nəqliyyatın normallaşdırılması istiqamətində işlər aparılır. Bu addım qlobal bazarlara birbaşa təsir göstərə bilər.