Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri İsrailin hədəflərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Hücumlar Təl-Əvivdəki Ben-Qurion hava limanı, Eylat bölgəsinin yaxınlığındakı Ramon hava limanı və həmçinin Dimona şəhərində yerləşən mühüm obyekti də hədəf alıb.
#Təl-Əviv
Eyni zamanda Misir başa düşür ki, İsrail bu sazişi siyasi təzyiq vasitəsinə çevirə bilər, amma müqavilənin dayandırılması Təl-Əvivə də ciddi zərbə vuracaq. Çünki İsrail qazını mayeləşdirmək üçün hazır infrastruktur yalnız Misirdə mövcuddur, ölkə daxilində yeni zavodların inşası isə həm baha başa gələcək, həm də uzun zaman tələb edəcək.
İsrail mediasının yaydığı məlumatlara görə, Netanyahu Qəzzaya quru hücumlarına başlamazdan əvvəl HƏMAS ilə məhbus mübadiləsi razılaşmasına razılıq verməsi üçün təzyiq altında olduğunu bildirib. Yüksək səviyyəli rəsmilər Netanyahuya xəbərdarlıq edərək, əgər ordu Qəzzaya quru qoşunları ilə daxil olarsa, danışıqlar üçün heç bir imkanın qalmayacağını vurğulayıblar. Mənbələrə görə, Netanyahu əvvəllər təsdiq etdiyi planı indi rədd edir və bu, hətta onun yaxın ətrafında belə “təəccüblü inkişaf” kimi qiymətləndirilir. HƏMAS isə Misir və Qətərin atəşkəs və əsir mübadiləsi təklifini qəbul etsə də, İsrail hələ buna cavab verməyib. HƏMAS müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxarılması və fələstinli məhbusların azad edilməsi müqabilində israilli məhbusları sərbəst buraxmağa hazır olduğunu dəfələrlə bəyan edib.
İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, Tramp HƏMAS-ın tez bir zamanda məğlub edilməsini tələb edir və Netanyahunun “Qəzzanı işğal etmək və ya İsrailin şərtləri ilə HƏMAS-la razılaşma əldə etmək” strategiyasının arxasında bu təzyiq dayanır. Trampın, İsrailin HƏMAS-ı niyə sürətlə məğlub edə bilmədiyini anlaya bilmədiyi bildirilir. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qəzza şəhərinin işğalının 2025-ci ilin dekabr ayına qədər tamamlanacağını müdafiə etdiyi qeyd olunub. Lakin İsrail hərbi rəsmiləri, Trampın Qəzzadan gələn görüntüləri görməsi halında İsrailə dəstəyini yenidən nəzərdən keçirə biləcəyini və müharibəni dayandıra biləcəyini düşünür. Hərbi rəsmilər, hətta Qəzza işğal olunsa belə, HƏMAS-ın təslim olacağı və ya İsrailin şərtlərini qəbul edəcəyi ehtimalını çox aşağı qiymətləndirir.
Təl-Əviv hökuməti bugün Qəzza zolağında işğal planının ilkin əməliyyatlarına başladığını rəsmən açıqlayıb. İsrail ordusunun bəyanatına görə, Qəzza şəhərinin kənarında genişmiqyaslı əməliyyatlar aparılır və hücumun ilk mərhələləri davam edir. Bu əməliyyatlar çərçivəsində İsrail ordusu Qəzza şəhərini mühasirəyə almaq və Hamasın nəzarətindəki ərazilərə daxil olmaq məqsədi daşıyır. Əməliyyatların detalları ilə bağlı rəsmi məlumatlar məhdud olsa da, sosial şəbəkələrdə və xəbər mənbələrində Qəzza şəhərində intensiv bombardmanların olduğu bildirilir.
Dohada keçirilən mətbuat konfransında Ənsari, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə aparılan danışıqlara toxunaraq, “HƏMAS-ın qəbul etdiyi təklif İsrailin əvvəlki təsdiqləri ilə uyğundur. Cavab vermək növbəsi İsraildədir, lakin belə görünür ki, İsrail razılığa gəlmək istəmir,” - deyə bildirib. O, Qətərin müharibəni dayandırmaq üçün bütün səyləri dəstəklədiyini və danışıqların Qahirədə və ya Dohada keçirilməsinin əhəmiyyətsiz olduğunu, əsas məqsədin tez bir zamanda atəşkəsə nail olmaq olduğunu qeyd edib. Ənsari, İsrailin rəsmi cavab verməkdən yayınmasını tənqid edərək, “İsrail nə təklifi qəbul edib, nə rədd edib, nə də alternativ təklif təqdim edib. İsrail ən qısa zamanda rəsmi cavab verməlidir,” - deyə bildirib. O, İsrailin Qəzzada hərbi əməliyyatlarını genişləndirməsinin müsbət nəticə verməyəcəyini vurğulayıb və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.
İsrail mediası, xüsusilə Kanal 12 televiziyası raketin aşkarlanmasından sonra paytaxt Təl-Əviv və ətraf bölgələrdə sirenlərin çaldığını bildirib. İsrail ordusunun məlumatına görə, Yəməndən atılan raket İsrailin mərkəzinə doğru yönəlibsə də, hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. Buna baxmayaraq, raketin parçalarının müxtəlif ərazilərə düşdüyü qeyd edilib. İsrailin fövqəladə yardım xidməti “Davudun Qırmızı Ulduzu” isə sirenlərdən sonra sığınacaqlara qaçan bəzi vətəndaşların yüngül xəsarətlər aldığını açıqlayıb. Lakin xəsarət alanların dəqiq sayı barədə məlumat verilməyib.
Netanyahu əvvəllər HƏMAS-ı razılaşmalardan yayınmaqda günahlandırırdı. İndi isə, HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdikdən sonra, niyə Netanayhu Qəzzanı işğal etməkdə israr edir və ordunu bu istiqamətdə addımlarını sürətləndirməyə məcbur edir?
Qahirədə keçirilən və “gərgin” adlandırılan görüşdən sonra bəzi fələstinli fraksiyalarla HƏMAS arasında mövqelərdə açıq fərqlərin ortaya çıxdığı görülsə də, hərəkatın mövqeyi dəyişərək İsrailin Qəzza şəhərini işğal etməsinin və təxminən 1 milyon fələstinlinin yenidən cənuba köçürülməsinin qarşısını almağa yönəlmiş razılaşmaya daha açıq münasibət nümayiş etdirdi.
İsrail Baş Qərargah rəisi Eyal Zamir Təl-Əvivdəki Qlilot Hava Bazasında keçirilən hərbi mərasimdə çıxışı zamanı İranı hədələyib. O, “Lazım gələrsə, yenidən İrana hücum etməyə hazırıq” deyərək, Tehrana qarşı yeni hərbi əməliyyatların mümkünlüyünü vurğulayıb.
İsrail, vasitəçi ölkələrin Qəzza zolağında 48 saatlıq humanitar atəşkəs təklifini qəbul etməyib. Məlumata görə, vasitəçilər bu təklifi İsrail tərəfinə təqdim etsələr də, cavab mənfi olub. Bununla belə, onlar atəşkəsə nail olmaq üçün səylərini davam etdirirlər.
Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı, İsrailə qarşı üç pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirib. Bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriə açıqlama verib.