Portuqaliya və İspaniya yüksək temperatur və güclü küləklərin təsiri ilə baş verən meşə yanğınlarına qarşı mübarizəni davam etdirir. Hər iki ölkədə yüzlərlə yanğınsöndürən və hava qüvvələri yanğınların qarşısını almaq üçün səfərbər edilib.
#yanğın xəbərdarlığı
Türkiyənin Bursa şəhərində atəşfəşan vasitənin səbəb olduğu yanğın böyük təşvişə səbəb olub. Hadisə Osmangazi rayonunun Tophane yamaclarında, 29 iyul 2025-ci il gecəsi saat 23:00 radələrində baş verib.
Bursanın Harmancık bölgəsində baş verən meşə yanğınını törətməkdə şübhəli bilinən 30 yaşlı Ufuk Aytekin, "qəsdən yandırma" ittihamı ilə məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Yanğınlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılan Ufuk Aytekinin daha əvvəl FETÖ ilə əlaqəsinə görə haqqında hüquqi tədbirlər görülüb.
AzerVoice xəbər verir ki, Adanada gecə saat 12:00 radələrində meşə yanğını baş verib. Yanğının söndürülməsi üçün havadan və qurudan yanğınsöndürmə işləri aparılır.
Türkiyənin Sakarya rayonunda başlayan və Biləcikə çatan və dünən səhər saatlarında böyük ölçüdə nəzarət altına alındıqdan sonra külək səbəbiylə yenidən böyüyən meşə yanğınının söndürülməsi üçün işlər davam etdirilir.
Türkiyənin Eskişehirin rayonunda baş verən meşə yanğınını söndürmək üçün havadan və qurudan müdaxilə edilir.
Çanakkalenin Ezine rayonunda baş verən meşə yanğınlarına havadan və qurudan müdaxilə olunur.
Tekirdağın Şarköy bölgəsində baş verən meşə yanğını qismən nəzarət altına alınıb.
İstanbulun Sultanqazi rayonunda yerləşən Şəhər Meşəsində yanğın baş verib. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və fövqəladə hallar qrupları cəlb olunub.
Bolu kəndində gecə saatlarında baş verən güclü yanğında 2 ev və 10 samanlıq külə dönüb, çox sayda heyvan tələf olub.
Çanaqqalanın Ayvacık bölgəsində meşə yanğını - Kəndlər təxliyə olunub, tarixi abidələr zərər görüb.
Türkiyədə Bolunun Karacasu bölgəsində yerləşən tibbi ləvazimat fabrikində baş verən güclü yanğınla əlaqədar əraziyə fövqəladə hallar və xilasetmə qrupları cəlb olunub.