#nüvə silahı

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Lariçani ölkədə dərinləşən siyasi qarşıdurmalar barədə ciddi xəbərdarlıq edib. Cümə günü humanitar elmlər üzrə mütəxəssislərlə görüşdə çıxış edən Lariçani bildirib ki, bəzi siyasi fiqurlar “hazırkı mərhələnin həssaslığını və təhlükəsini” hələ tam anlamayıb və daxili çəkişmələri “əsassız rahatlıqla” davam etdirirlər.

İranın xarici işlər naziri ABŞ-ın nüvə silahı sınaqlarını bərpa etməsi ilə bağlı açıqlamanı, ABŞ prezidenti Donald Trampın gözlənilməz qərarından sonra, “geriyə doğru addım və məsuliyyətsiz davranış” adlandırıb. “Atom silahı daşıyan bir zorba, nüvə silahı sınaqlarını yenidən başlayır. Həmin o zorba, İranın dinc nüvə proqramını şeytanlaşdırırdı.” -deyə Əbbas Əraqçi sosial media paylaşımında yazıb.

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığında nüvə silahları mövzusunun gündəmə gəldiyini bildirib. Ağ Evdə açıqlama verən Tramp deyib ki, Putin söhbət zamanı nüvə gərginliyinin azaldılması barədə danışıb. “Prezident Putin telefon danışığında mənə nüvə silahları ilə bağlı gərginliyin azaldılmasından bəhs etdi. Mənim üçün bu, problem deyil. Əksinə, bunun yaxşı və uyğun bir addım olduğunu düşünürəm,” – deyə Tramp bildirib.

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trampın “İranın nüvə obyektlərinin bombalanaraq məhv edildiyi” iddiasını “xülya” adlandırıb və Vaşinqtonun yeni danışıqlar təklifini qəti şəkildə rədd etdiyini bildirib. Bu haqda Xamenei 43 günlük fasilədən sonra ilk ictimai çıxışında deyib. “ABŞ prezidenti lovğalanaraq deyir ki, biz İranın nüvə sənayesini bombaladıq və məhv etdik. Yaxşı, qoy o, bu xəyalla yaşasın!”-deyə o bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi ümid edir ki, sanksiyaların tətbiqi dondurulsun. Bu onun bazar günü BMT-nin baş katibinə ünvanladığı məktubda aydın görünürdü. Məktubda o, “sanksiya mexanizmlərinin, o cümlədən sanksiyalar komitəsi və ekspertlər heyətinin yenidən işə salınmasının qarşısını almağa” çağırırdı. Lakin cavab tez gəldi: Avropa İttifaqının rəhbərliyi bazar ertəsi bəyanat yayaraq bildirdi ki, “İranın nüvə sazişinə əməl etməməyə davam etməsinə cavab olaraq bu gün (bazar ertəsi) ona qarşı sanksiyaları yenidən tətbiq etdi”. İttifaq həmçinin bir daha təsdiqlədi ki, “diplomatik danışıqlar üçün qapı hələ də açıqdır”.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 2015-ci il nüvə sazişi çərçivəsində ləğv edilmiş İrana qarşı beynəlxalq sanksiyalar, İngiltərə, Fransa və Almaniyanın (E3) "snapback" mexanizmini işə salması ilə yenidən qüvvəyə minib. BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində nəzərdə tutulan və tərəflərdən biri tərəfindən işə salındıqda avtomatik tətbiq edilən "snapback" mexanizmi, razılıq əldə olunmaması səbəbindən 30 günlük prosedur müddətinin sonunda gecə yarısından etibarən aktivləşib.

İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani, ABŞ-ın İranın raket proqramı ilə bağlı irəli sürdüyü şərtlərin nüvə danışıqlarını mənfi təsirə məruz qoyduğunu bildirib. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Laricani İran Ticarət və Sənaye Palatasında çıxışı zamanı Qərblə aparılan nüvə danışıqlarında irəliləyişin olmamasına dair açıqlamalar verib. O bildirib ki, ABŞ danışıqlarda İranın raketlərinin uçuş məsafəsinin 500 kilometrdən aşağı salınmasını tələb edir.

Pakistanın müdafiə naziri Xavaja Asıf bildirib ki, ölkəsinin nüvə silah potensialı, yaxın günlərdə Səudiyyə Ərəbistanı ilə imzalanmış strateji qarşılıqlı müdafiə sazişi çərçivəsində istifadə oluna bilər. Nazir bu açıqlamanı Geo News televiziya kanalına müsahibəsində verib. O, Pakistanın nüvə silahlarının razılaşma çərçivəsində istifadə edilib-edilməyəcəyi ilə bağlı suala cavab olaraq deyib:

İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) rəsmilərinin Vyanada yeni əməkdaşlıq modelini müəyyənləşdirmək üçün ekspertlər səviyyəsində görüşəcəyi bildirilib. İran dövlət televiziyasına danışan İranın BMT-nin Vyana ofisi yanındakı daimi nümayəndəsi Rza Nəcəfi, Tehran nümayəndə heyəti ilə UAEA yetkililəri arasında yeni bir danışıqlar turunun başladığını açıqlayıb. Nəcəfi qeyd edib ki, görüşlər İran parlamenti tərəfindən təsdiqlənmiş və UAEA ilə əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun çərçivəsində, yeni şərtlər daxilində əməkdaşlığın müəyyən edilməsi məqsədilə keçirilir.