#hərbi baza

İsrail ordusunun "Qivati" briqadasının bir taborunda xidmət edən təxminən 100 hərbçi etiraz əlaməti olaraq Negevdəki hərbi bazanı tərk edib. VOA xəbər verir ki, mübahisə komandirin bölmənin ənənələrini əks etdirən simvolların götürülməsi barədə qərarından sonra başlayıb. Hərbçilər həmin simvolların Qəzza və Livandakı döyüşlərdə onları müşayiət etdiyini bildiriblər. Etiraz edən şəxslər şəxsi əşyaları ilə bazanı tərk etsələr də, silah və hərbi avadanlıqları özləri ilə aparmayıblar. Məlumata görə, hadisədən sonra taborun Qəzza zolağında döyüş tapşırıqlarına cəlb olunması dayandırılıb. Baş verən hadisə İsrail ordusunda daxili narazılığın yeni nümunəsi kimi qiymətləndirilir. Rəsmi qurumlar məsələ ilə bağlı araşdırmanı davam etdirirlər.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada yerləşən ABŞ-ın Əl-Əzraq hərbi hava bazasına bir neçə ballistik raketlə zərbə endirdiyini açıqlayıb. Bəyanatda iddia olunur ki, zərbə nəticəsində üç F-35 qırıcı təyyarəsi tamamilə məhv edilib, daha üç təyyarəyə isə ciddi ziyan dəyib. Həmçinin hücum zamanı bir neçə ABŞ hərbçisinin öldüyü bildirilib.

İran ordusu İordaniyada yerləşən hərbi bazalara zərbələr endirdiyini iddia edib. Bəyanata görə, Hüseyn şahzadə Həsən və Kral Feysəl hərbi bazaları hədəf alınıb. İran tərəfi "F-15" tipli döyüş təyyarələrinin yerləşdiyi obyektlərin, pilotsuz uçuş aparatları üçün hazırlıq infrastrukturunun və helikopter anbarının vurulduğunu bildirib. Rəsmi məlumata əsasən, səkkiz "MQ-9" tipli pilotsuz uçuş aparatı məhv edilib, daha ikisi ciddi zədələnib. İran həmçinin ABŞ-yə məxsus iki helikopterin də zərər gördüyünü iddia edir. Bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. İordaniya və ABŞ hadisə ilə bağlı rəsmi mövqe açıqlamayıb. Hadisə bölgədə onsuz da yüksək olan gərginliyi daha da artırıb.

Suriya İranın əl-Tənf bazasına hücum etdiyi barədə məlumatları təkzib edib. Suriyalı hərbi mənbə bazanın nə hədəfə alındığını, nə də atəşə tutulduğunu bildirib. Mənbə həmçinin bazada ABŞ hərbi qüvvələrinin olmadığını iddia edib. Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin hücumlarına cavab olaraq əl-Tənf bazasını vurduğunu açıqlamışdı. Beləliklə, tərəflərin açıqlamaları arasında ziddiyyət yaranıb. Hadisə ilə bağlı müstəqil təsdiqləyici məlumat açıqlanmayıb. ABŞ tərəfi məsələ ilə bağlı hələlik rəsmi bəyanat verməyib. Regionda vəziyyət gərgin olaraq qalır.

Fransa Prezidenti Emmanuel Makron İranın ABŞ hərbi bazalarına endirdiyi zərbələri tənqid edib. O bildirib ki, bu addım iki ölkə arasında qüvvədə olan müvəqqəti anlaşmanın pozulması deməkdir. Makron İranın hücum qərarını səhv hesab etdiyini bildirib. Bununla yanaşı, Fransa Prezidenti Tehran və Vaşinqton arasında danışıqların davam etdiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, mövcud gərginliyə baxmayaraq, diplomatik yol hələ də açıq qalır. Makron qarşıdurmanın daha da böyüməsinin qarşısının alınmasının vacibliyini qeyd edib. O hesab edir ki, tərəflər gərginliyi azaltmaq üçün dialoqu davam etdirməlidirlər.

İran analitiki Foad İzadi bildirib ki, ABŞ Küveyt və digər qonşu ölkələrin ərazilərindən İrana zərbələr endirib və bu ölkələr ərazilərindən sui-istifadənin qarşısını ala bilməyib. Münaqişənin ilk günlərində yayımlanan görüntülər Küveytin İrana hücum üçün istifadəsini təsdiqləyib. İzadi qeyd edib ki, ümid olunur siyasi razılaşma əldə edilərək belə gərginlik sona çatdırılsın.

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri İncirlik Hərbi Bazasındakı həyəcan siqnallarına dair sosial mediada yayılan məlumatlara münasibət bildirib. MSB-nin açıqlamasında qeyd olunub ki, sosial mediada İncirlik Hərbi Bazasındakı həyəcan siqnallarının çaldığına dair paylaşımlar yer alsa da, hər hansı bir hücum və ya təhlükəli hadisə baş verməyib.

İsrailin Dohada HƏMAS rəhbərliyinə aid yaşayış yerlərinə endirdiyi hava zərbəsi Qəzzada davam edən müharibənin gedişatında təhlükəli bir dönüş nöqtəsi oldu. Bu hadisə Vaşinqtonun müttəfiqi və İsraillə fələstinli qruplar arasında ənənəvi vasitəçi sayılan Qətəri ilk dəfə bu qədər birbaşa və görünməmiş şəkildə qarşıdurmanın mərkəzinə gətirdi. Doha baş verənləri “qorxaq hücum” adlandıraraq HƏMAS-ın Siyasi Bürosuna aid rəhbərlərin yaşayış yerlərinin hədəfə alındığını açıqladı. İsrail isə bunun “HƏMAS terror rəhbərliyinə” qarşı həyata keçirilmiş əməliyyat olduğunu bildirdi və bunu hərəkatın kadrlarını harada olurlarsa, orada izləyib məhv etmək kampaniyasının davamı kimi təqdim etdi.