#xarici ticarət

2025-ci ilin iyun ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 10,9 faiz artaraq 755 milyon 396 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,4 faiz azalaraq, 4 milyard 815 milyon 671 min dollar olub.

Bu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 203 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin iyun ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 7,9 faiz artaraq 20 milyard 515 milyon dollar, idxalı isə 15,2 faiz artaraq 28 milyon 688 min dollar olub.Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-iyun ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 131 milyard 408 milyon dollara, idxalı isə 7,2 faiz artaraq 180 milyard 845 milyon dollar olub.