#xarici ticarət

2025-ci ilin avqust ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,9 faiz azalaraq 6 milyard 18 milyon 863 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – avqust ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 4,8 faiz artaraq, 47 milyard 137 milyon 850 min dollar olub. “Bu ilin avqust ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz azalaraq 3 milyard 106 milyon 21 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Bu ilin avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi 47 milyard 669 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin avqust ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,2 faiz azalaraq 21 milyard 729 milyon dollar, idxalı isə 3,9 faiz azalaraq 25 milyon 940 min dollar olub. “Bu ilin yanvar – avqust ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 416 milyard 339 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

2025-ci ilin iyul ayında Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 10,7 faiz artaraq 10 milyon 30 milyon 400 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Avropa Birliyi ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 8,4 faiz artaraq, 67 milyard 682 milyon 910 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 10 milyard 857 milyon 888 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər. Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – iyul aylarında Türkiyənin Avropa Birliyi ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 5,3 faiz artaraq, 67 milyard 684 milyon 543 min dollar təşkil edib.

2025-ci ilin iyul ayında Türkiyənin İƏT ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 13,3 faiz artaraq 6 milyard 996 milyon 842 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin İƏT ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 6,4 faiz artaraq, 41 milyard 132 milyon 946 min dollar olub. “Bu ilin iyul ayında Türkiyənin İƏT ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalaraq 3 milyard 466 milyon 831 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 56 milyard 321 milyon dollar olub. Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin iyul ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 11 faiz artaraq 24 milyard 938 milyon dollar, idxalı isə 5,4 faiz artaraq 31 milyon 383 min dollar olub. “Bu ilin yanvar – iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 368 milyard 537 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib. Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-iyul ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 156 milyard 317 milyon dollara, idxalı isə 6,9 faiz artaraq 212 milyard 220 milyon dollar olub.

Suriyanın bəzi kənd təsərrüfatı məhsulları və toyuq əti idxalına tətbiq etdiyi məhdudiyyət bütün ölkələrə şamil olunan müvəqqəti tədbirdir. Bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suriya Quru və Dəniz Limanları İdarəsinin 27 iyul 2025-ci il tarixli qərarına əsasən, yalnız 2025-ci ilin avqust ayı ərzində müəyyən kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar, kartof, balqabaq, badımcan, bibər, alma, üzüm, şaftalı, albalı, armud, qarpız, yemiş, əncir, quru əncir, sarımsaq, yumurta) və toyuq ətinin idxalına məhdudiyyət qoyulub.

Türkiyənin İraqa ixracı 2024-cü ildə 13 milyard dollara çatıb. Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib. Nazirin sözlərinə görə, bu göstəricinin 333 milyon dolları sərbəst zonalarda fəaliyyət göstərən şirkətlərin payına düşüb. Nazir həmçinin İraqla ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) və Qarışıq İqtisadi Komissiya (KEK) mexanizmlərinin aktiv şəkildə fəaliyyət göstərdiyini vurğulayıb.

Son 22 ildə Türk dövlətlərinin qarşılıqlı xarici ticarət dövriyyəsi 6 dəfə artaraq 70,3 milyard dollara, dünya ticarətindəki payları isə 70 faiz artaraq 2,42 faizə yüksəlib. Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu, Ankarada keçirilən "Türk Dünyası ilə Əlaqəli Qurum və Qurumlarla Məşvərət Toplantısı"na rəhbərlik edib. Toplantıda, Türk Dünyası ilə birbaşa əlaqəli olan və bu sahədə fəaliyyət göstərən dövlət qurumları və təşkilatlar iştirak edib. Zorlu çıxışında, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişləri ilə “Türk Dünyası Əsri” hədəfinə doğru yeni və güclü bir başlanğıc edildiyini bildirib.

2025-ci ilin iyun ayında Türkiyənin D-8 ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 10,9 faiz artaraq 755 milyon 396 min dollar olub. Məlumata əsasən bu ilin yanvar – iyun ayında, Türkiyənin D-8 ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 2,4 faiz azalaraq, 4 milyard 815 milyon 671 min dollar olub.