Tərəflər rəqəmsal texnologiyalar və sənaye modernləşdirilməsi istiqamətində birgə layihələri araşdıracaq.
#Rəqəmsal transformasiya
Səudiyyə Ərəbistanının “Vizyon 2030” proqramı çərçivəsində rəqəmsal iqtisadiyyata keçidi görünməmiş sürətlə davam edir. Süni intellektin (AI) tətbiqi, bulud texnologiyaları və rəqəmsal dövlət xidmətləri ölkəni qlobal innovasiya mərkəzinə çevirir. Lakin bu sürətli inkişaf kibertəhlükəsizlik anlayışını da kökündən dəyişir. Məşhur texnologiya nəhəngi “HP” şirkətinin rəyinə görə, müasir dövrdə rəqəmsal dözümlülük (cyber resilience) artıq sadəcə texniki funksiya deyil, rəhbər şəxslərin idarəetmə intizamına çevrilməlidir.
Şurada müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatlar hazırlanıb
IV Beynəlxalq Qazaxıstan Muzey Konqresi Astanada 19 May 2026-cı il tarixində açılıb, seminar və Dəyirmi Masalar vasitəsilə muzeylərin rəqəmsal idarəçiliyi, 3D vizuallaşdırma və Türk dünyası mədəni irsinin qorunması mövzularında peşəkarları bir araya gətirib.
Rəqəmsal transformasiya artıq seçim deyil, strateji zərurətdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəd ölkədə rəqəmsallaşmanın sürətlənməsi və biznes mühitinin yeni mərhələyə keçidi üçün əsas istiqamətləri müəyyən edir.
Məlumata görə, KOVAN sistemi Türkiyənin strateji qurumlarında korporativ informasiya sistemlərinin təmin edilməsi məqsədilə inkişaf etdirilib və artıq ölkə daxilində bir sıra dövlət qurumlarında tətbiq olunur. Sistem Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsi, BOTAŞ, Ali Seçki Şurası, HAVELSAN və Teknopark İstanbul kimi qurumlarda istifadə edilir.
Bakıda BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclası keçirilir. İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan artıq 30 ildən çoxdur ki, BMT ilə sıx əməkdaşlıq edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər inkişaf imkanlarının yaradılması və digər istiqamətlərdə ardıcıl addımlar atır. Bu tərəfdaşlıq qlobal prioritetlərin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”lə uzlaşdırılmasına mühüm töhfə vermişdir. BMT ilə əməkdaşlıq çərçivəsində indiyədək əməkdaşlığa dair 5 Çərçivə Sənədi hazırlanmışdır və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur. 2021–2025-ci illəri əhatə edən əvvəlki Çərçivə Sənədi inklüziv artımın təşviqi, dövlət və sosial xidmətlər üçün institusional potensialın möhkəmləndirilməsi, ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə kimi prioritet istiqamətləri əhatə etmişdir.