#diplomatik viza

İraq və Türkiyə arasında yeni elektron viza sistemi rəsmi olaraq işə salınıb. Sistem İraqın Ankaradakı səfirliyində təşkil olunan mərasimlə təqdim edilib. Tədbirdə İraqın Ankara səfiri Məcid Əbdülrəd Haşən əl-Ləçmavi, İraqın Nüfus və Pasport Baş İdarəsinin rəisi Nəşat əl-Xafaci, İraq Daxili İşlər Nazirliyi sözçüsü Abbas əl-Bəhədli və digər rəsmi şəxslər iştirak ediblər. Səfir Məcid əl-Ləçmavi çıxışında, Türkiyəyə səfər üçün yeni elektron viza prosedurlarının artıq işə başladığını açıqlayıb. O bildirib ki, bu sistem İraqın Xarici İşlər və Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq nəticəsində yaradılıb.

Türkiyə Ticarət naziri Ömər Bolat, Liviyanın Nəqliyyat naziri Məhəmməd Salim əş-Şəhubi ilə Ankarada keçirilən görüşdə Liviyalı vətəndaşlar üçün yeni vizə sisteminin tətbiq edildiyini açıqlayıb. Nazir bildirib ki, 15 sentyabr 2025 tarixindən etibarən Liviyalılar üçün uzunmüddətli və çoxgirişli vizə proseduruna başlanılıb. Bolat, bu qərarın iki ölkə arasındakı iqtisadi, ticarət və investisiya münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu sistem Liviyalıların Türkiyəyə gəlişini asanlaşdıracaq və əlaqələri gücləndirəcək.

Artıq rusiyalı vətəndaşlar vizanı müstəqil şəkildə əldə edə bilməyəcəklər. Viza müraciətləri yalnız yerli turizm şirkətləri vasitəsilə və rusiyalı operatorların xətti ilə həyata keçiriləcək. Səfirliyin açıqlamasına görə, qərar Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlıdır və əsas məqsəd “arzuolunmaz şəxslərin ölkəyə daxil olmasının qarşısını almaqdır”. Qeyd edək ki, 2023-cü ildə İran Rusiya və 32 ölkənin vətəndaşları üçün viza tələbini ləğv etmişdi ki, bu da turizmi artırmaq məqsədi daşıyırdı. Lakin son qərar bu imtiyazı ləğv edərək, rusiyalı turistlər üçün girişi çətinləşdirib.

Fransa Prezidenti Emmanuel Makron, Əlcəzair vətəndaşlarının öz ölkələrinə deportasiyası ilə bağlı artan gərginlik fonunda, hökumətinə Əlcəzairli diplomatlara vizaların verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsini tapşırıb. Makron, həmçinin Xarici İşlər naziri Jan Noel Barroya 2013-cü ildə imzalanmış və rəsmi pasport sahiblərini viza tələbindən azad edən razılaşmanın dayandırılması barədə Əlcəzair tərəfinə rəsmi məlumat verilməsini əmr edib.