#Rəcəb Tayyib Ərdoğandan yeni qərar: Novruz dövlət bayramı olacaq

Türkiyədə Novruz bayramının rəsmi dövlət bayramı statusu alacağı və bununla bağlı qanunvericilik bazasının hazırlandığı açıqlanıb. Bu barədə AK Partiya Sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr idarəsinin rəhbəri, professor Kürşat Zorlu yerli televiziya kanallarından birində yayımlanan "Anadolu Soruyor" proqramında məlumat verib.