#Türkiyə 5G dövrünə qədəm qoydu: Ərdoğandan rəqəmsal müstəqillik mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Qrup Toplantısında çıxış edərək, ölkənin üzləşdiyi regional təhdidlərdən, texnoloji nailiyyətlərdən və müxalifətlə münasibətlərdən danışıb. Prezident Türkiyənin 5G texnologiyasına keçidini rəqəmsal müstəqillik yolunda "inqilabi addım" adlandırıb.