#kapital bazarı

2025-ci ilin yanvar- dekabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 123 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 512 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 323 milyon 545 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

15 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) nümayəndə heyəti Qarabağ Universitetinə səfər edərək tələbələr üçün maarifləndirici təlim keçirib. Səfərin məqsədi tələbələr arasında kapital bazarı haqqında məlumatlılığın artırılması, müasir maliyyə alətləri və fond bazarının fəaliyyət prinsipləri barədə praktiki biliklərin aşılanması olub.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 11 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 6 milyon 250 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 15 milyon 350 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Türkmənistan kapitalı ilə 100 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin məcmu kapitalı 220 milyon 5 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 36 milyon 310 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Misir kapitalı ilə 55 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 80 milyon 470 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 93 milyon 707 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Özbəkistan kapitalı ilə 59 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 140 milyon 250 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 93 milyon 707 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (54) qeydiyyata alınıb.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Səudiyyə kapitalı ilə 53 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə şirkətlərinin məcmu kapitalı 99 milyon 640 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 81 milyon 150 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında Səudiyyə şirkətlərinin əksəriyyəti İstanbulda (46) qeydiyyata alınıb.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13 milyon 235 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 32 milyon 800 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2025-ci ilin yanvar- oktyabr ayında Türkiyədə BƏƏ kapitalı ilə 78 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 312 milyon 450 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 171 milyard türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - oktyabr ayında BƏƏ şirkətlərinin əksəriyyəti İstanbulda (63) qeydiyyata alınıb.

Azərbaycanın kapital bazarı tarixində növbəti əlamətdar hadisə baş verib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kütləvi təklif üsulu ilə Azərbaycan manatında daxili bazarda ilk dəfə istiqraz yerləşdirib. Yerli kapital bazarında buraxılan ilk dəyişkən faizli bu istiqrazların kupon faiz dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının AZİR indeksi (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsasında müəyyən edilir. AZİR indeksinin etibarlı istinad faizi kimi istiqraz buraxılışında istifadəsi gələcəkdə daha mürəkkəb maliyyə alətlərinin tətbiqi üçün mühüm zəmin yaradacaqdır.

Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) ilə dünyanın aparıcı qlobal depozitar və klirinq təşkilatlarından biri olan "Clearstream" şirkətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə MDM-i Müşahidə Şurasının sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli, "Clearstream"i isə Qlobal Məhsullar üzrə Baş Meneceri Yan Vilyems təmsil edib.