2025-ci ilin yanvar- avqust ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 18 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 11 milyon 485 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 31 milyon 700 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
#kapital bazarı
2025-ci ilin yanvar- iyul ayında Türkiyədə Özbəkistan kapitalı ilə 41 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 88 milyon 100 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 18 milyon 912 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyul ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (37) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 65 milyon 450 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
2025-ci ilin yanvar- iyun ayında Türkiyədə Türkmənistan kapitalı ilə 55 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23 şirkət azdır.
2025-ci ilin yanvar- iyun ayında Türkiyədə İraq kapitalı ilə 26 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24 şirkət azdır.