Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Tehrandakı Sədabad Sarayında İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib. ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın mərhum ali lideri Əli Xameneinin xatirəsinə həsr olunmuş dövlət mərasimində iştirak etmək üçün İrana səfər edən Cevdet Yılmaz görüş barədə "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
#Məsud Pezeşkian
Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz rəsmi səfərlə İrana yollanacaq. Səfər çərçivəsində o, Türkiyə adından İranın keçmiş ali dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edəcək və bir sıra rəsmi görüşlər keçirəcək.
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqları müdafiə edib. O bildirib ki, ali rəhbər Müctəba Xamenei danışıqları qadağan etməyib. Pezeşkianın sözlərinə görə, əgər belə bir göstəriş olsaydı, hökumət buna mütləq əməl edərdi. Bu açıqlama ABŞ–İran anlaşma memorandumu ilə bağlı ölkə daxilində davam edən tənqidlər fonunda verilib. Müctəba Xameneinin razılaşmaya dair mövqeyi İranda geniş müzakirə olunur. Ali rəhbərin daha əvvəl memorandumla bağlı fərqli baxışa malik olduğunu deməsi mübahisələri artırıb. Tehran isə danışıqların davam etdiyini bildirir.
İran Prezidenti Məsud Pezeşkian bəzi maliyyə və valyuta məhdudiyyətlərinin yumşaldıldığını açıqlayıb. Onun sözlərinə görə, son razılaşmalar nəticəsində neft ixracı davam edir və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaranır. Pezeşkian bu dəyişikliklərin ölkə iqtisadiyyatına müsbət təsir göstərə biləcəyini bildirib. Bu il ABŞ–İsrail müharibəsi fonunda İran rialı ABŞ dolları qarşısında rekord dərəcədə ucuzlaşmışdı. İran 2018-ci ildən bəri ABŞ sanksiyalarının təsiri altında fəaliyyət göstərir. Donald Tramp həmin il nüvə sazişindən çıxaraq Tehrana qarşı yeni sanksiyalar tətbiq etmişdi. Hazırda ABŞ ilə İran arasında diplomatik təmaslar davam edir.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ Pakistanın vasitəçiliyi ilə əldə olunmuş anlaşma memorandumunun şərtlərinə sadiq qalacağı təqdirdə, Tehran da üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək. Məsud Pezeşkian vurğulayıb ki, Tehran qərarlarını bundan sonra da rasionallıq və insan ləyaqətinə hörmət prinsipləri əsasında qəbul edəcək. O əlavə edib ki, İran əsassız təhdidlərə və məntiqsiz bəyanatlara qətiyyətlə cavab verməyə davam edəcək.
İran Prezidenti Məsud Pezeşkian ABŞ–İran danışıqlarında ballistik raketlərlə bağlı heç bir müzakirənin aparılmayacağını və gələcəkdə də aparılmayacağını bildirib. O, ABŞ-a etimadsızlıq olduğunu, lakin dialoq və sülh üçün hazır olduqlarını qeyd edib. Pezeşkian Pakistanın danışıqlardakı rolunu yüksək qiymətləndirib. O, regionun inkişafının sülh və əməkdaşlıqdan asılı olduğunu deyib. Açıqlama İslamabadda verilib və diplomatik prosesin həssas mərhələsində səslənib.
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ–İran danışıqları ilə bağlı əldə olunan razılaşmanı pozmağa çalışan “qüvvələrin” olduğunu bildirib. O, bu qüvvələrin regionda sülh prosesini zəiflətmək istədiyini qeyd edib. Şərif İranın müharibədən sonra sabitliyə çıxmasının bəzi tərəfləri narahat etdiyini deyib. Baş nazir Pakistanın sülh prosesini dəstəkləməyə davam edəcəyini vurğulayıb. O, regionda gərginliklərin azaldılmasının vacibliyini qeyd edib.
Şahbaz Şərif İran–ABŞ memorandumunda ballistik raketlərlə bağlı heç bir müddəanın olmadığını bildirib. O, bu məsələnin danışıqlar masasında müzakirə edilmədiyini qeyd edib. Baş nazir beynəlxalq arenada ikili standartlara qarşı çıxış edib. Onun sözlərinə görə, bəzi ölkələrin raket silahlarına sahib olması, digərlərinə məhdudiyyətlərin qoyulmasını ədalətsiz edir. Şərif bu yanaşmanın regionda gərginliyi artıra biləcəyini deyib. O, daha balanslı və ədalətli yanaşmanın vacibliyini vurğulayıb.
Şahbaz Şərif İslamabadda İran Prezidenti Məsud Pezeşkianla keçirdiyi birgə mətbuat konfransında Pakistanın İran–ABŞ danışıqlarında vasitəçilik rolunu davam etdirəcəyini bildirib. O, İranın ABŞ ilə əldə etdiyi memorandumun və atəşkəsin regionda gərginliyin azaldılmasında mühüm rol oynadığını qeyd edərək, bu prosesi yüksək qiymətləndirib. Baş nazir İran rəhbərliyinə, xüsusilə Ali Rəhbər Ayətullah Müctəba Xameneiyə salamlarını çatdırmağı xahiş edib və əldə olunan razılaşmanı “şərəfli və ləyaqətli atəşkəs” kimi xarakterizə edib. Şərif vurğulayıb ki, Pakistan yalnız ilkin razılaşmalarla kifayətlənmək niyyətində deyil və regionda real sabitlik yaranana, uzunmüddətli və davamlı sülh təmin olunana qədər vasitəçilik missiyasını davam etdirməyə hazırdır. O, həmçinin İslamabadın bölgədə dialoq, deeskalasiya və diplomatik həll yollarını dəstəkləməyə sadiq olduğunu bildirib.
İran Prezidenti Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı Asim Munir ilə İslamabadda görüşüb. O, Pakistanın regionda dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib. Səfər ABŞ–İran danışıqlarında əldə olunan 60 günlük yol xəritəsindən sonra baş tutub. Prezident Şahbaz Şəriflə də görüşəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığında ABŞ–İran razılaşmasını dəstəklədiyini bildirib. O, prosesə qarşı sabotaj cəhdlərinə diqqət çəkib. Ərdoğan Türkiyənin diplomatik prosesə dəstək verməyə hazır olduğunu qeyd edib. Tərəflər regiondakı vəziyyəti müzakirə ediblər. Ankara razılaşmanın sabitlik üçün vacib olduğunu vurğulayıb.
İran Prezidenti Məsud Pezeşkian sabah Pakistana birgünlük səfər edəcək. Səfərin məqsədi əvvəlki razılaşmaların icrası və yeni ticarət əməkdaşlığının müzakirəsidir. İran tərəfi Pakistanın ABŞ-İran danışıqlarında vasitəçilik roluna görə təşəkkür edəcək. Məlumat prezident aparatının rəsmisi tərəfindən təsdiqlənib. Səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm hesab olunur. Regionda diplomatik aktivlik artır. Tehran və İslamabad arasında əlaqələr gündəmdə qalır.