#VOA Azərbaycan

Onilliklər ərzində ABŞ-ın İrana quru hücumu ehtimalı, idarəolunmaz fəsadları və hədsiz yüksək xərcləri səbəbindən "qırmızı xətt" hesab olunurdu. Lakin bu gün ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı müharibənin şiddətlənməsi ilə dünən qeyri-mümkün görünənlər bu gün real ehtimala çevrilir. Artıq müzakirələr hücumun olub-olmayacağı deyil, onun haradan başlayacağı və strateji qazanc gətirib-gətirməyəcəyi ətrafında gedir.

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) agentliyi Qətər sahillərində ticarət gəmisinə qarşı hücumun baş verdiyini elan edib. Rəsmi məlumata görə, insident Qətərin paytaxtı Doha şəhərindən təxminən 17 dəniz mili (31,84 km) şimalda qeydə alınıb.

ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bəyan edib. Qeyd olunur ki, ABŞ rəhbərliyi boğazın açılması üçün genişmiqyaslı hərbi əməliyyatların 4–6 həftəlik planlaşdırılan müddətdən daha uzun çəkəcəyini hesab edir və bu səbəbdən alternativ variantlara üstünlük verir. Bununla yanaşı, Vaşinqton Avropa və Körfəz müttəfiqlərini prosesə cəlb etməyi nəzərdən keçirir.

ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlamasından cəmi iki gün sonra, Tehran hərbi cəhətdən ondan üstün olan rəqibi qarşısında sağ qalmaq üçün münaqişənin miqyasını genişləndirmək strategiyasına əl atdı. Bu çərçivədə İran Livandakı proksisi olan "Hizbullah"ı döyüşə çağırdı. Lakin bu müharibəyə qoşulmaq, hər tərəfdən sıxışdırılan qruplaşmanın taleyini necə həll edəcək sualına Tehrandan hələ də rəsmi nə də qeyri rəsmi cavab var. İran üçün sona qədər vuruşmağa - əslində isə son livanlını belə qurban etməyə - hazır olan Hizbullah savaşda qalib gələcəyini iddia edir. Hələ də “Zillətin onlardan uzaq” olduğunu söyləyərək İsrail məngənəsində sıxılmağa davam edir.

Hindistanın Baş naziri Narendra Modinin fevral ayının sonunda, İsrail və ABŞ-ın İrana qarşı birgə hava hücumlarından cəmi üç gün əvvəl İsrail Knessetində çıxış edən sonuncu beynəlxalq lider olması təsadüfi bir detal deyil. Xatırladaq ki, həmin hücumların ilk günündə Ali rəhbər Əli Xamenei və bir qrup yüksək rütbəli hərbi-təhlükəsizlik rəhbəri hədəf alınmışdı.