Süni intellekt sahəsində fəaliyyət göstərən OpenAI, dəyərinin 500 milyard dollara çatması ehtimal edilən yeni səhm satışı planı ilə dünyanın ən dəyərli özəl texnologiya şirkəti olmaq yolundadır. Bloomberg-in məlumatına görə, bu səhm satışı sövdələşməsi ilkin mərhələdə olsa da, Thrive Capital da daxil olmaqla, mövcud investorlar müzakirələrə cəlb olunub. Əgər razılaşma baş tutarsa, OpenAI bu göstərici ilə hazırda 400 milyard dollar dəyərində olan İlon Maskın SpaceX şirkətini geridə qoyacaq.