#Son 24 saat: 70 dron və 2 raket zərərsizləşdirildi

Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində ölkə ərazisini hədəf alan irimiqyaslı hücumun qarşısını uğurla alıb. Krallığın müdafiə sistemləri İran tərəfindən buraxılan 70-dən çox pilotsuz uçuş aparatı (PUA) və 2 ballistik raketi havada zərərsizləşdirib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən verilən rəsmi məlumata əsasən, hədəf alınan ərazilər arasında mülki yaşayış məskənləri və mühüm iqtisadi obyektlər olub.