#Krallıqda gərgin gecə: Ballistik raketlər məhv edildi

Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində ölkə ərazisini hədəf alan irimiqyaslı hücumun qarşısını uğurla alıb. Krallığın müdafiə sistemləri İran tərəfindən buraxılan 70-dən çox pilotsuz uçuş aparatı (PUA) və 2 ballistik raketi havada zərərsizləşdirib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən verilən rəsmi məlumata əsasən, hədəf alınan ərazilər arasında mülki yaşayış məskənləri və mühüm iqtisadi obyektlər olub.