#Anita Anand gərginliyin azaldılması üçün Hakan Fidanla görüşəcək

Kanadanın xarici işlər naziri Anita Anand yaxın günlərdə Türkiyəyə səfər edərək xarici işlər naziri Hakan Fidanla Yaxın Şərqdə vəziyyəti və gərginliyin azaldılması yollarını müzakirə edəcəyini açıqlayıb. Anand mətbuat konfransında bildirib ki, səfər zamanı əsas diqqət regiondakı Kanada vətəndaşlarının ehtiyaclarına, mülki şəxslərin və mülki infrastrukturun qorunmasına, həmçinin eskalasiyanın qarşısının alınmasına yönələcək.