#MHP lideri İrana hücumlara görə Vaşinqton və Təl-Əvivi ittiham etdi

MHP sədri Devlet Bahçeli partiyanın iftar proqramında çıxışı zamanı ABŞ və İsrailin İrana qarşı siyasətinin bölgədə təhlükəli nəticələr doğurduğunu deyib. Onun sözlərinə görə, müharibənin regional xarakter alması, etnik və məzhəb zəminində daha geniş qarşıdurmaya çevrilməsi üçün təxribatlar aparılır.