#Türkiyə: İsrailin Livana hücumları beynəlxalq hüququ pozur

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda qeyd olunur ki, Livan ərazisinə endirilən zərbələr beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu hücumlar ölkədə genişmiqyaslı əhali köçünə səbəb olub. Bəyanatda bildirilir ki, İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar regionda onsuz da gərgin olan vəziyyəti daha da dərinləşdirir və Yaxın Şərqdə sabitliyə ciddi təhlükə yaradır.