Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İran yeni raketlər istehsal etdiyini açıqlayıb

    20 Avqust 2025 14:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran yeni raketlər istehsal etdiyini açıqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    İran yeni raketlər istehsal etdiyini açıqlayıb - Üstün xüsusiyyətlərə malikdir.

    AzerVoice xəbər verir ki, İranın müdafiə naziri Əziz Nəsirzadə İsrailin 12 günlük hücumlarından sonra ölkəsinin “üstün xüsusiyyətlərə” malik yeni raketlər istehsal etdiyini bəyan edib.

    Tasnim Xəbər Agentliyinin məlumatına görə, Nəsirzadə Müdafiə Sənayesi Günündə çıxışı zamanı “12 günlük müharibədə istifadə olunan raketlər illər əvvəl istehsal olunmuşdu. Hazırda isə əvvəlkilərdən qat-qat üstün xüsusiyyətlərə malik yeni raketlər hazırlanıb” - deyə bildirib.

    Nazir əlavə edib ki, İsrailin yeni hücumu halında bu raketlərdən istifadə olunacaq.

    Qeyd edək ki, iyunun 13-də İsrail ordusu İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə irimiqyaslı hücum həyata keçirib. Zərbələr nəticəsində Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bir neçə yüksək rütbəli hərbçi və doqquz nüvə alimi həlak olub. İyunun 22-də isə ABŞ İsrailə dəstək verərək İranın Natanz, Fordo və İsfahandakı obyektlərini vurub. Buna cavab olaraq İran iyunun 23-də Qətərdəki ABŞ-ın Əl-Udeyd aviabazasına hücum edib. Ardınca ABŞ prezidenti Donald Tramp iyunun 24-də İran və İsrail arasında atəşkəs elan edib.

    #İsrail #İran #raket #ballistik raket #İsrail və İran gərginliyi #raket partlayışı #İran-İsrail qarşıdurması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    31 Avqust 2026 20:16

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    31 Avqust 2026 19:43

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    31 Avqust 2026 19:28

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39
    XƏBƏR LENTİ

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.