#İsrail Afrika’da nüfuz mu arıyor?

İsrail Prezidenti İsxak Hersoqun Efiopiyaya rəsmi səfəri Afrika Buynuzunda artan geosiyasi rəqabət fonunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. 24–25 fevral tarixlərində paytaxt Əddis-Əbəbədə keçirilən görüşlər İsrailin Afrikada mövqelərini möhkəmləndirmək, Qırmızı dəniz hövzəsində strateji dayaqlar yaratmaq və regional güclər arasında balans qurmaq cəhdinin tərkib hissəsidir. Səfər Afrika İttifaqının sammitindən sonra baş tutur və Efiopiyanın qitədə siyasi mərkəz statusunu nəzərə alaraq seçilmiş diplomatik zamanlama kimi diqqət çəkir.