"AzerGold" QSC fəaliyyətinin 10 ili ərzində geoloji kəşfiyyatdan hasilata, emaldan pərakəndə satışa qədər geniş fəaliyyət sahəsi formalaşdırıb. Şirkət bu müddətdə 558 mindən çox unsiya qızıl və 1 milyondan artıq unsiya gümüş hasil edib, satışlardan isə 2,2 milyard manatdan çox gəlir əldə edib. Son on ildə iki yeni qızıl yatağı kəşf olunub, dörd qızıl mədəni istifadəyə verilib və bir sıra strateji layihələrin təməli qoyulub. Hazırda Daşkəsən dəmir filizi, Söyüdlü qızıl və Filizçay polimetal yataqları şirkətin əsas inkişaf istiqamətləri hesab olunur. "AzerGold" beynəlxalq fəaliyyətini genişləndirərək Özbəkistanda da yeni layihələrin icrasına başlayıb. Şirkət sosial məsuliyyət, ekoloji təhlükəsizlik və insan kapitalının inkişafını da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Rəhbərlik qarşıdakı illərdə yeni layihələrin ölkə iqtisadiyyatına milyardlarla dollar töhfə verəcəyini və minlərlə yeni iş yerinin yaradılacağını bildirir.
#qızıl
JPMorgan yaxın dövrdə qızılın qiymətində böyük artım gözləmir. Bankın fikrincə, tələbin zəifləməsi və real faiz dərəcələrinin təsiri qiymətləri məhdud diapazonda saxlayacaq. Bununla yanaşı, 2026-cı ilin ikinci yarısından etibarən bazarda bərpa gözlənilir. Proqnoza görə, üçüncü rübdə qızılın orta qiyməti 4 300, dördüncü rübdə isə 4 500 ABŞ dolları olacaq. JPMorgan 2027-ci ildə də qiymət artımının davam edəcəyini düşünür. Bank bunu mərkəzi bankların alışlarının və fiziki tələbin artması ilə əlaqələndirir. Uzunmüddətli perspektivdə qızıla müsbət baxış saxlanılır.
İran ətrafında davam edən müharibənin mümkün həlli ilə bağlı ümidlər fonunda spot qızılın qiyməti sabit qalıb, ABŞ qızıl fyuçersləri isə kiçik azalma göstərib. Spot qızılın bir unsiyasının qiyməti GMT vaxtı ilə saat 09:15-ə olan məlumata əsasən dəyişməyərək 4 480,29 dollar səviyyəsində olub. Qiymətlər bundan əvvəl martın 30-dan bəri ən aşağı həddə enmişdi.
Türkiyə Respublikasının Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları 17 oktyabr həftəsində 198 milyard 442 milyon dollara yüksələrək bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. Mərkəzi Bankın həftəlik pul və bank statistikalarına əsasən, brüt valyuta ehtiyatları əvvəlki həftə ilə müqayisədə 64 milyon dollar azalaraq 87 milyard 273 milyon dollara enib. 10 oktyabr tarixində bu göstərici 87 milyard 337 milyon dollar idi.
Omanın Energetika və Faydalı Qazıntılar Nazirliyi dörd konsessiya sahəsi üzrə investisiya imkanlarını açıqlayıb. Bildirilib ki, yerli və beynəlxalq şirkətlər 2025-ci ildə faydalı qazıntıların hasilatı üçün keçiriləcək tenderlərdə iştirak edə biləcəklər. Nazirliyin məlumatına görə, addım ölkənin “Oman 2040 Vizyonu” çərçivəsində mədən sektoruna yatırımların artırılması və sahənin milli iqtisadiyyata töhfəsinin böyüdülməsi strategiyasının bir hissəsidir. İlkin geoloji araşdırmalar konsessiya ərazilərində mis, qızıl, gümüş və xromitlərlə yanaşı sənaye-tikinti üçün vacib olan bazalt və qabbro ehtiyatlarının mövcudluğuna işarə edir.
ABŞ-da pərakəndə satışların güclü nəticələr göstərməsi fonunda dolların əsas dünya valyutalarına qarşı məzənnəsinin artması qızılın qiymətinin enməsinə səbəb olub.
Cari ilin iyun ayında Hindistan 1 839 milyard dollar dəyərində qızıl idxal edib.
Qızılın unsiyası, cari ilin ilk yarısında ABŞ-ın gömrük rüsumları ilə bağlı narahatlıqlar, geosiyasi risklər, mərkəzi bankların alışı və dolların zəifləməsi ilə rekord səviyyəyə yüksəlib.
Almaniya və İtaliyanın siyasi xadimləri, ABŞ-da saxlanılan və ümumi bazar dəyəri 245 milyard dollardan artıq olan qızıl ehtiyatlarının bir hissəsinin Avropaya qaytarılması üçün öz hökumətlərinə tövsiyə veriblər.