Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), "Eurofighter Typhoon" layihəsi çərçivəsində təyyarələrin saxlanılması və istismarına dair texniki və logistik dəstək müqaviləsinin imzalanması barədə tərəflər arasında tam razılıq əldə olunduğunu açıqlayıb. Rəsmi səfərlə Londonda olan Milli müdafiə naziri Yaşar Gülər və İngiltərənin müdafiə naziri Con Hili (John Healey) arasında keçirilən görüşdə iki ölkə arasındakı müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşün əsas nəticəsi olaraq, döyüş təyyarələrinin gələcəkdə fasiləsiz istismarını təmin edəcək logistik dəstək müqaviləsi imzalanıb.
#Eurofighter Typhoon koordinasiyası
Türkiyənin gəmidə yerləşən silahlı insansız hava aparatı (PUA) Bayraktar TB3, NATO-nun Steadfast Dart 2026 təlimi çərçivəsində Eurofighter Typhoon döyüş təyyarələri ilə birgə uçuş icra edib. Təlim zamanı TCG ANADOLU gəmisindən havalanan Bayraktar TB3, NATO hava qüvvələrinin intensiv fəaliyyət göstərdiyi Baltik bölgəsində koordinasiyalı uçuş qabiliyyətini nümayiş etdirdi.