#narkotik maddə

Türkiyənin Antalya şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində külli miqdarda dərman preparatı aşkarlanıb. Bildirilib ki, araşdırmalar zamanı şübhəlilərin qanunsuz resept yazaraq və əlaqəli apteklər vasitəsilə sintetik dərmanları satdıqları müəyyən edilib. Onların bu fəaliyyəti nəticəsində narkotik dövriyyəsi təşkil etdikləri qeyd olunub.

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 71 vilayətdə təşkil edilən əməliyyatlar zamanı 903 şübhəli saxlanılıb, onlardan 373 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, İstanbul mərkəzli 14 vilayətdə sosial media və anlıq mesajlaşma platformaları üzərindən narkotik ticarəti edənlərə qarşı keçirilən əməliyyatlarda 305 şübhəlinin yaxalandığını bildirib. İstanbul Polis İdarəsinin Narkotik Cinayətkarlıqla Mübarizə Şöbəsi siber patrul qrupları ilə koordinasiyalı şəkildə apardığı 5 aylıq texniki və fiziki təqibdən sonra bu nəhəng əməliyyata imza atıb. İstanbul Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə narkotik ticarətini rəqəmsal platformalara daşıyan şəbəkələr tamamilə ifşa edilib.

Türkiyənin 24 vilayətində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən genişmiqyaslı polis əməliyyatları nəticəsində külli miqdarda narkotik maddə aşkar olunub. Türkiyə Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabı vasitəsilə son 10 gündə həyata keçirilən bu tədbirlərin uğurla yekunlaşdığını bildirib. Narkotik cinayətkarlığına qarşı mübarizə çərçivəsində aparılan əməliyyatlar zamanı ümumilikdə 1 ton 124 kiloqram narkotik maddə və 1 milyon 826 min ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. Əməliyyat tədbirləri nəticəsində narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən 144 nəfər saxlanılıb.

Türkiyə Bakırköy Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu narkotik vasitələrin istehsalı və ticarətində ittiham olunan 23 nəfərin saxlanılması barədə qərar çıxarıb. Baş Prokurorluğun açıqlamasına əsasən, əksəriyyəti küçə satıcıları olan şübhəlilərin tutulması üçün İstanbulun müxtəlif rayonlarında və Muş şəhərində genişmiqyaslı əməliyyat başladılıb. İstanbul İl Jandarma Komutanlığı Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinə verilən təlimat çərçivəsində Esenyurt, Fatih, Avcılar, Büyükçekmece, Güngören və Beylikdüzü daxil olmaqla ümumilikdə 33 ünvanda axtarışlar aparılır.

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı jandarma tərəfindən son iki həftə ərzində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın verdiyi məlumata görə, ölkənin 63 vilayətində keçirilən əməliyyatlar zamanı ümumilikdə 1 ton 343 kiloqram narkotik vasitə və 178 min 615 ədəd narkotik tərkibli həb müsadirə edilib.

Livanın təhlükəsizlik strukturlarında narahat illərin ardından ilk dəfə olaraq ciddi optimizm hiss olunur. Rəsmi məlumatlara əsasən, ölkə 2026-cı ildə on illər boyunca formalaşmış və regional ölçülərə çıxmış narkotik şəbəkələrinin sonunu görə bilər. Bu şəbəkələrin əsası vətəndaş müharibəsi dövründə qoyulmuş, daha sonra Suriya müharibəsinin yaratdığı geosiyasi boşluq nəticəsində genişlənmişdi.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, Gömrük Mühafizə qrupları tərəfindən Kapıkule və İpsala gömrük-keçid məntəqələrində həyata keçirilən iki ayrı əməliyyat zamanı ümumi dəyəri təxminən 319 milyon 844 min Türkiyə lirəsi olan 525 kiloqram marixuana ələ keçirilib. Edirne və İpsala Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat İdarələrinin əməkdaşları tərəfindən narkotik cinayətlərlə mübarizə çərçivəsində aparılan risk analizi və hədəfləmə işləri nəticəsində Kapıkule və İpsala gömrük məntəqələrinə gələn iki yük avtomobili şübhəli sayılaraq nəzarətə götürülüb.

Çoxmillətli Dəniz Qüvvələri (Combined Maritime Forces – CMF) çərşənbə axşamı bəyan edib ki, Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Ərəb dənizində 972 milyon dollardan çox dəyərində narkotik maddə ələ keçirib. 47 ölkədən ibarət olan bu beynəlxalq dəniz koalisiyasına Səudiyyə Ərəbistanı, ABŞ, Fransa və İspaniya da daxildir. CMF-in bəyanatında bildirilib ki, Pakistan dəniz qüvvələrinin əməkdaşları şənbə günü birinci yelkənli qayıqa çıxaraq 2 tondan çox “kristal metamfetamin” müsadirə ediblər. Əldə olunan maddənin dəyəri təxminən 822,4 milyon dollar təşkil edir.

İstanbulun Esenler və Bağcılar rayonlarında həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı polis əməkdaşları tərəfindən 750 min ədəd narkotik həb ələ keçirilib, 3 nəfər şübhəli saxlanılıb. Açıqlamada bildirib ki, əməliyyat zamanı hədəf olaraq 1 avtomobil və 4 ünvan müəyyənləşdirilib.

Maduro ABŞ-ın “narkotiklərlə mübarizə” siyasətini tənqid edərək, narkotik ticarətinin əsasən Kolumbiya və Mərkəzi Amerika üzərindən idarə olunduğunu, Venesuelanın isə bu ticarətlə əlaqəsinin olmadığını bildirib. O, ABŞ-ın Əfqanıstan, İraq və Liviyaya “terror” bəhanəsi ilə müdaxilə etdiyini xatırladaraq, “Venesuela ərazisi təmizdir, hökumətimiz və silahlı qüvvələrimiz azaddır,” - deyə bildirib. Maduro, ABŞ-ın Karib dənizinə hərbi yerləşdirməsini pisləyərək, narkotiklərin böyük hissəsinin Sakit Okean üzərindən daşındığını, lakin ABŞ-ın öz cəmiyyətindəki narkotik istifadəsi ilə mübarizə aparmadığını vurğulayıb.