#məhkəmə

Bursanın Harmancık bölgəsində baş verən meşə yanğınını törətməkdə şübhəli bilinən 30 yaşlı Ufuk Aytekin, "qəsdən yandırma" ittihamı ilə məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Yanğınlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılan Ufuk Aytekinin daha əvvəl FETÖ ilə əlaqəsinə görə haqqında hüquqi tədbirlər görülüb.

ABŞ-ın Nyu-Hempşir ştatından federal hakim Cozef LaPlant bildirib ki, ABŞ Prezident Donald Trampın doğumla vətəndaşlıq hüququnun ləğv olunmasına dair imzaladığı sərəncamına qarşı, bu sərəncamdan təsirlənəcək bütün uşaqları əhatə edən kollektiv iddianı qəbul edəcək və sərəncamın icrasını müvəqqəti olaraq dayandıran məhkəmə qadağası çıxaracaq.

İspaniyanın "Real Madrid" futbol klubunun sabiq baş məşqçisi, italiyalı Karlo Ançelotti vergi ödəməkdən yayındığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.