#ƏƏSMN rəsmisi Naftalan və Goranboy sakinləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Naftalan şəhərində vətəndaşlarla görüş keçirib. Yanvarın 29-da nazir müavini Vüsal Nəsirli Naftalan şəhərində Naftalan şəhərinin və Goranboy rayonunun sakinlərini qəbul edib. Qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da yer alıb.