#ACWA Power

Dəyişkən bazarlar və geosiyasi gərginliklər 2025-ci ilə damğasını vuraraq ərəb milyardçılarının sərvətini əhəmiyyətli dərəcədə dəyişib. Budur, ilin ən çox qazananları və itirənləri: Al Tani 2007-2013-cü illərdə Qətərin Baş naziri, 1992-2013-cü illərdə isə Xarici İşlər naziri vəzifələrində çalışıb. Hazırkı Əmirin əmisi oğlu olan Al Tani "Paramount Services Holdings" vasitəsilə "Deutsche Bank"ın 3%-lik payına sahibdir və bu, onun ən böyük rəsmi investisiyasıdır. 2025-ci ilin martından noyabrına qədər bankın səhmləri 39,5% artaraq 35,7 dollara çatıb. Bankın xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 75% artaraq 6,5 milyard dollara yüksəlib.

Prezident İlham Əliyev bildirib ki, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu layihə ACWA Power tərəfindən ölkədə inşa edilən ilk bərpaolunan enerji stansiyasıdır, lakin sonuncu olmayacaq və Azərbaycan dövləti şirkətin gələcək planlarını tam dəstəkləyir. Dövlət başçısı vurğulayıb ki, son illərdə enerji sisteminin modernləşdirilməsi əsas prioritetlərdən biridir. Prezident əlavə edib ki, bərpaolunan enerji layihələri həm daxili tələbatın təmininə, həm də ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşüb. Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.