İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Səid İravani, İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi hücumları "terrorçu və cinayətkar təcavüz" adlandıraraq, bu hücumların bütün beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozduğunu bildirib.
#Ayətulla Seyid Əli Xamenei
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın “ABC News” telekanalına verdiyi açıqlamada bildirib ki, İranın ali lideri Əli Xameneinin öldürülməsi bu ölkə ilə münaqişəni bitirə bilər.
İsrailin Baş naziri Benyamin Netanyahu, İranın ali rəhbəri Ayətullah Əli Xameneinin öldürülməsi ssenarisini istisna etmədiyini bildirib.
İsrailin müdafiə naziri Yisrael Katz sosial media hesabında İranı və xüsusilə də Tehran əhalisini hədəfə alan sərt bəyanatla çıxış edib.
İsrailin müdafiə naziri Yisrael Katz İranın cavab hücumlarına davam edəcəyi təqdirdə Tehranın ağır nəticələrlə üzləşəcəyini bəyan edib.
“İsrailin törətdiyi bu cinayət cəzasız qalmayacaq. İran xalqı əmin olsun ki, bu məsələ ilə bağlı heç bir güzəştə gedilməyəcək”
Həmçinin, İranın nüvə proqramına rəhbərlik edən fiqurlar və İranın Ali Dini Lideri Əli Xameneinin milli təhlükəsizlik müşaviri Əli Şəmxani də hücumların hədəfində olub.
İsrail Ordusu İran tərəfindən İsrail ərazisinə göndərilən bütün pilotsuz uçuş aparatlarının (PUA) uğurla məhv edildiyini açıqlayıb.
İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei, bu gün səhər saatlarında İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində həyatını itirən yüksək rütbəli komandirlərin yerinə yeni hərbi rəhbərlərin təyin edildiyini açıqlayıb.
Ayətullah Seyyid Əli Xameneinin göstərişi əsasında İran Silahlı Qüvvələri “sionist rejimin təcavüzünü peşman edəcək şəkildə” cavab verəcək.
İsrailin Tehrana və digər şəhərlərə qarşı həyata keçirdiyi gecə hava hücumları rejimin öz taleyini "acı və ağrılı şəkildə möhürləməsi" ilə nəticələnib.