Pakistan ABŞ və İran arasında mümkün razılaşmanın birinci mərhələsinin tezliklə yekunlaşdırılmasına çalışır. Baş nazir Şahbaz Şərif tərəflərin əsas prinsiplər üzrə razılığa yaxın olduğunu bildirib və prosesi sürətləndirməyə çağırıb. Təklifə görə, ilkin mərhələ rəqəmsal imza ilə təsdiqlənə bilər. Növbəti mərhələdə 30–60 günlük keçid dövrü, iqtisadi və nüvə məsələləri üzrə addımlar nəzərdə tutulur. Hörmüz boğazı və İran aktivləri ilə bağlı məsələlərin də gündəmdə olduğu bildirilir. Danışıqların Cenevrə, İslamabad və ya Vyanada davam etdirilməsi ehtimal edilir. Pakistanın region ölkələri ilə koordinasiyada hərəkət etdiyi qeyd olunur. Prosesin sürətləndirilməsi əsas prioritet kimi göstərilir.
#İslamabad
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından 100 gün keçməsinə baxmayaraq, tərəflər arasında davamlı sülh razılaşması əldə olunmayıb. Bu müddət ərzində Vaşinqton və Tehran bir neçə dəfə razılığa yaxınlaşsa da, əsas fikir ayrılıqları danışıqların nəticəsiz qalmasına səbəb olub. Münaqişə fevralın sonunda ABŞ və İsrailin İrana qarşı birgə həyata keçirdiyi “Epik Qəzəb” əməliyyatı ilə başlayıb. Tehran buna cavab olaraq İsrail ərazisinə və Körfəz regionundakı ABŞ hərbi obyektlərinə zərbələr endirib.
Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Cassim Əl Tani ilə İsveçrə Xarici İşlər Departamentinin rəhbəri İqnatsio Kassis ABŞ və İran arasında vasitəçilik səylərini müzakirə ediblər. Görüşdə Tehran və Vaşinqton arasında aparılan danışıqlar, gərginliyi azaltmağa yönəlmiş səylərin dəstəklənməsi və regional stabilliyin təmin olunması məsələləri əsas müzakirə mövzusu olub.
Pakistan Ordusunun baş qərargah rəisi Asim Munir Tehrana səfər edir. Məlumata görə, Pakistan 8 aprel tarixində tərəflər arasında atəşkəsin əldə edilməsində vasitəçilik edib, lakin artan gərginlik və hər iki tərəfdən sərt bəyanatlar səbəbindən diplomatik kanalların açıq saxlanması üzrə səylər məhdudiyyətlərlə üzləşib.
Pakistan Xarici İşlər Nazirliyi İran hərbi təyyarələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Məlumata görə, Pakistan Xarici İşlər Nazirliyi bu məlumatları “yanıltıcı və sensasiya xarakterli” adlandırıb. Bildirilib ki, İran təyyarələri atəşkəs dövründə Pakistana gəlib və onların hər hansı hərbi əməliyyat və ya müdafiə planı ilə əlaqəsi yoxdur.
Pakistanın xarici işlər naziri İshaq Dar apardıqları danışıqlarda böyük irəliləyiş əldə olunacağına əminliyini ifadə edərək bildirib ki, tərəflər arasında atəşkəsə nail olmaq və dialoq prosesini başlatmaq üçün ciddi səylər göstərilib.
Pakistan hökuməti ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər və Hörmüz boğazında yaranmış blokada səbəbindən İrana yönələn yüklər üçün altı quru tranzit marşrutunun açıldığını açıqlayıb. Bu addım, xüsusilə Kəraçi limanında yığılıb qalan minlərlə konteynerin daşınması üçün alternativ marşrutun formalaşdırılmasına yönəlib.
Görüş zamanı Abbas Əraqçi Pakistanın regionda sülhün qorunması və vasitəçilik səylərini yüksək qiymətləndirib. Xüsusilə son dövrlərdə ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyası, Hörmüz boğazındakı dəniz gərginliyi və regional münaqişələrin genişlənməsi fonunda bu təmas strateji əhəmiyyət kəsb edir.
İranın xarici işlər naziri ABŞ-la danışıqlar fonunda Pakistana səfər edəcək. Abbas Əraqçi ABŞ və İran arasında aparılan danışıqlar çərçivəsində Islamabad şəhərinə səfər edəcək. Pakistan mənbələrinin məlumatına görə, səfərin məqsədi iki ölkə arasında davam edən müzakirələrdə iştirak və diplomatik təmasların davam etdirilməsidir.
Pakistanın ABŞ və İran arasında vasitəçilik təşəbbüslərinin uğursuzluğa uğraması regionda yeni diplomatik gərginlik yaradıb. Mənbələr bildirir ki, Pakistan tərəfi ABŞ və İran arasında vasitəçilik etmək üçün ciddi diplomatik resurslar səfərbər etsə də, Tehranın son anda geri çəkilməsi bu səyləri nəticəsiz qoyub. Bu addımın Pakistanın diplomatik nüfuzuna mənfi təsir etdiyi və iki ölkə arasında gizli gərginliyə səbəb olduğu qeyd olunur.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin beynəlxalq arenada üzləşdiyi hərbi siyasi təzyiqlər və daxili çətinliklər barədə xalqa mühüm müraciət ünvanlayıb. Dövlət başçısı Tehranın dəyişən xarici mühiti və gələcək risklər barədə danışarkən İranın hazırda çoxşaxəli təhdidlərlə mübarizə apardığını qeyd edib.
ABŞ-ın nüfuzlu "Washington Post" qəzeti Pakistanın yüksək rütbəli rəsmisinə istinadən xəbər verir ki, rəsmi İslamabad ABŞ Prezidenti Donald Trampa xüsusi mesajlar ünvanlayıb. Mesajlarda prezidentin İranla bağlı çıxışlarında istifadə etdiyi kəskin ritorika barədə xəbərdarlıq edilib.