Küveyt, İordaniya, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri İranın son hərbi əməliyyatlarını kəskin şəkildə pisləyərək onları regional sabitliyə ciddi təhdid adlandırıblar. Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İranın hərbi əməliyyatları bölgədə gərginliyin azaldılmasına yönəlmiş regional və beynəlxalq səylərə zərbə vurur. Rəsmi Küveyt ölkənin təhlükəsizliyi, suverenliyi, vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinin "qırmızı xətt" olduğunu vurğulayıb.
#İran–ABŞ qarşıdurması
Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə hava həyəcanı siqnallarının yenidən işə düşdüyünü bildirərək əhalini təhlükəsiz sığınacaqlara keçməyə çağırıb. Nazirliyin yaydığı açıqlamada vətəndaşlar və ölkə sakinlərindən sakitliyi qorumaq, ən yaxın təhlükəsiz yerə sığınmaq xahiş olunub. Bəyanata əsasən, gün ərzində artıq ikinci dəfə hava həyəcanı siqnalları səsləndirilib. Bundan əvvəl də İranın hücumları fonunda oxşar xəbərdarlıq edilmişdi.
İran ABŞ-ın ölkənin cənubuna endirdiyi zərbələrə cavab olaraq Bəhreyn və Küveytdə yerləşən ABŞ-a məxsus 85 hərbi obyektə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Bəyanatda bildirilib ki, ABŞ gecə saatlarında Hörmüzqan və Məhşəhr sahillərində yerləşən bəzi hərbi bazalara və mülki obyektlərə hava zərbələri endirməklə atəşkəsi və tərəflər arasında əldə olunmuş razılaşmanı pozub.
Rusiya Prezidenti Putin Trampı real söhbət adamı hesab edir. Digər tərəfdən Tramp Rusiya ilə yaxınlaşaraq ABŞ-ı Avrasiyadan və Mərkəzi Asiyadan uzaq tutmaq istəyən Çinlə iqtisadi müharibə aparır. Avropalıları çox sevmir. Eyni zamanda, Ərdoğanın ən ağır ifadələrlə səciyyələndirdiyi Netanyahu ilə dostdur. Qəribə bir labirintdir.” (https://arab.az/yen%c9%99-tramp-g%c9%99ldimus%c9%99lman-dunyasi/)