#Hayfa

İsraildə Tacikistan vətəndaşı İrana casusluq etmək ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. İttihama görə, o, ötən il İranla müharibə zamanı raketlərin düşdüyü ərazilərlə bağlı məlumatları mesajlaşma platforması vasitəsilə ötürüb. Həmçinin hərbi və strateji obyektlərin görüntülərini göndərməkdə də ittiham olunur. İsrail tərəfi bu hərəkətlərin milli təhlükəsizliyə zərər vurmaq məqsədi daşıdığını bildirir. Şəxsin İsraildə etibarlı yaşayış icazəsi olmadan olduğu qeyd edilir. Hadisə ölkədə casusluqla bağlı araşdırmaların davam etdiyi bir dövrə təsadüf edir. Məhkəmə prosesi üzrə yekun qərar hələ açıqlanmayıb. İşlə bağlı araşdırmalar davam edir.

İsrailin şimalında yerləşən Hayfa şəhəri və ətraf ərazilər raket hücumuna məruz qalıb. Hadisə nəticəsində altı nəfər xəsarət alıb, onlardan bəzilərinin psixoloji sarsıntı keçirdiyi bildirilir. Bir nəfərin isə partlayış dalğası nəticəsində yaranan dağıntıdan zərər gördüyü qeyd olunur.

İsraili tərk edən və geri dönməyi planlaşdırmayan vətəndaşların sayı ölkəyə qayıdan israillilərin sayını üstələyib. Bu barədə İsrail parlamentinin (Knesset) Araşdırma və İnformasiya Mərkəzinin xüsusi hesabatında bildirilib.Hesabata əsasən, ölkədən çıxan israillilərin sayı 2020-ci ildən bəri ardıcıl şəkildə artır. 2020-ci ildə 34 min, 2021-ci ildə 43,4 min, 2022-ci ildə 59,4 min, 2023-cü ildə isə 82,8 min nəfər İsraildən uzunmüddətli olaraq köçüb. Bu, əvvəlki illərlə müqayisədə 39–44 faiz artım deməkdir.