Almaniya kansleri Fridrix Merts Ukraynada sülhün mümkün qədər tez əldə olunmasını arzuladıqlarını, lakin bunun “hər hansı bir qiymətə” baş verməsinin qəbuledilməz olduğunu bildirib. Merts çıxışında əsas hədəfin Ukraynada silahların susması olduğunu vurğulayıb.
#Vaşinqton
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda baş tutan görüş regionda sülh və sabitliyin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Bu formatda keçirilən yüksək səviyyəli görüş Cənubi Qafqazda uzun müddət davam etmiş münaqişənin diplomatik yolla həlli istiqamətində yeni mərhələnin başlandığını göstərir.
İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının bağlanmasının Tehranın rəsmi siyasətinə uyğun olmadığını açıqlayıb. O bildirib ki, ölkəsinin mövqeyi “tamamilə aydındır” və əsas hədəf Fars körfəzində sülh, sabitlik və təhlükəsizliyin qorunmasıdır.
ABŞ Prezidenti Donald Tramp, Macarıstanın Baş naziri Viktor Orbanı Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə dair mövqeyini dəyişməyə razı salıb. Politico nəşri bu barədə Avropa diplomatik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır.AzerVoice-in xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi 80 dəqiqəlik mətbuat konfransında qalmaqallı bəyanatlarla çıxış edib. O, öz siyasətlərinin avtoritar meyillər daşıdığı barədə ittihamlara cavab verib. “Çoxları deyir ki, bəlkə də biz diktator istəyirik. Mən diktatorları sevmirəm, mən diktator deyiləm. Mən sağlam düşüncəyə sahib, ağıllı bir insanam.”-deyə o qeyd edib.
Nazirliyin sözçüsünün sözlərinə görə, Əraqçi ilə E3 nümayəndələri arasında baş tutacaq danışıqlarda həm sanksiyaların aradan qaldırılması, həm də beynəlxalq tərəflərin İranın nüvə obyektlərinə qarşı “cinayətkar hücumlara” cavab verməsinin vacibliyi gündəmdə olacaq.
Trampın sözçüsü Kerolin Levitt isə bildirib ki, ABŞ təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynanı havadan dəstəkləyə bilər. Onun sözlərinə görə, yüksək dəqiqlikli görüntülərin əldə edilməsi üçün ABŞ pilotlarının patrul uçuşları istisna olunmur, lakin əsas diqqət pilotsuz uçuş aparatlarına yönəlib.
Netanyahu əvvəllər HƏMAS-ı razılaşmalardan yayınmaqda günahlandırırdı. İndi isə, HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdikdən sonra, niyə Netanayhu Qəzzanı işğal etməkdə israr edir və ordunu bu istiqamətdə addımlarını sürətləndirməyə məcbur edir?
İsrail dövlət televiziyası KAN-a müsahibəsində səfir Huckabee bildirib ki, Vaşinqton administrasiyası Avropanı Fələstin dövlətini tanımamaq üçün “fəal şəkildə” yönləndirir. O, Fələstinin tanınmasının Oslo razılaşmalarının pozulması anlamına gələcəyini qeyd edib. Huckabee, Misir və Qətərin yeni atəşkəs təklifinə münasibət bildirərkən, İsrailin qərarlarına müdaxilənin yersiz olduğunu deyib. O, ABŞ prezidenti Donald Trampın “bütün məhbusların geri qaytarılması və HƏMAS-ın hakimiyyətdə qalmaması” barədə mövqeyini xatırladıb. Səfir Qəzzada kütləvi aclıq xəbərlərini təsdiqləmədiyini, lakin insanların aclıq çəkdiyinə əmin olduğunu söyləyib. O, həmçinin humanitar yardımın çatdırılmasında BMT mexanizmini və HƏMAS-ı günahlandırıb.
ABŞ vitse-prezidenti Cey Di Vens Ukrayna münaqişəsinə dair açıqlamasında Rusiyanın hədəflərini şərh edib. Vens bildirib ki, Kiyev uzunmüddətli perspektivdə ərazi bütövlüyünü qorumaq istəyir, Kreml isə əlavə torpaq iddialarını davam etdirir.
Son vaxtlar ABŞ-la Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı baş tutan təmaslar müasir zorakı diplomatiyanın bütün ziddiyyətlərini açıq şəkildə göstərdi. Formal baxımdan bu danışıqlar tamamilə uğursuz oldu: nə konkret sənədləşmiş razılaşma əldə edildi, nə də Kiyevin iştirakı ilə üçtərəfli sammit formatı quruldu. Amma digər tərəfdən, Qərbin artan sanksiya və iqtisadi təzyiqi fonunda bu cəhdlərin özü belə Kremlin maksimalist mövqelərdən geri çəkilməsinə gətirib çıxardı.