ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər yerli hakimiyyət orqanları ondan xahiş etsələr, cinayətkarlıqla mübarizə aparmaq üçün Amerikanın böyük şəhərlərinə Milli Qvardiya göndərəcək. Bu barədə Tramp video-müraciətində deyib. “Çikaqoya kömək lazımdır, digər şəhərlərə də kömək lazımdır və biz bunu edəcəyik, çünki Amerikada təhlükəsizliyi bərpa etməyə hazırlaşırıq” - deyə, o qeyd edib. Dövlət başçısı, bir çox şəhərlərdə cinayətkarlıq səviyyəsinin yüksək olduğunu vurğulayıb və bunun səbəbini yerli hakimiyyətin yürütdüyü yanlış siyasətdə görüb. O, misal üçün, Şimali Karolinanın Şarlott şəhərində 23 yaşlı ukraynalı İrina Zarutskayanın qətl hadisəsini göstərib. Tramp bundan əvvəl bu qətlin məsuliyyətini daha əvvəl məhkum olunmuş amerikalı tərəfindən törədildiyini və məsuliyyətin demokratların üzərində olduğunu bəyan etmişdi.
#Vaşinqton
İraq Kürdüstan Demokrat Partiyasının (KDP) sədri Məsud Bərzani Türkiyədə aparılan sülh prosesinə dəstək verəcəklərini və bunun üçün bütün imkanlarını səfərbər edəcəklərini bəyan edib. Bərzani, ABŞ və beynəlxalq koalisiyanın 2025-ci ilin sonuna qədər İraqdan çəkilməsinin bölgədə ciddi təhlükələr yaradacağını bildirib.
7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov "I24 News" televiziya kanalının fransız redaksiyasına müsahibə verib. AzerVoice-in məlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan və Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə dair suallarını cavablandırıb.
ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə insan küçələrdə aksiya keçirərək prezident Donald Trampdan Milli Qvardiya qüvvələrinin şəhərdən çıxarılmasını tələb edib. “Hamımız paytaxtıq” adı altında təşkil olunan yürüşdə qeydiyyatsız miqrantlar və fələstinlilərə dəstək verən iştirakçılar da yer alıblar. Etirazçılar Trampa qarşı şüarlar səsləndirib, “Tramp indi getməlidir”, “Paytaxtı azad edin” və “Diktaturaya qarşı çıxın” sözlərinin yazıldığı plakatlar qaldırıblar. Xatırladaq ki, Tramp ötən ay şəhərdə cinayətlərin artdığını əsas gətirərək qanun və asayişi bərpa etmək məqsədilə hərbçiləri küçələrə çıxardığını bəyan etmişdi. O, həmçinin Vaşinqton polis idarəsini birbaşa federal nəzarət altına almış və küçələrdə təhlükəsizliyi təmin etmək üçün Miqrasiya və Gömrük Xidməti də daxil olmaqla federal hüquq-mühafizə qurumlarının əməkdaşlarını şəhərə göndərmişdi.
İran, İsrail və ABŞ tərəfindən onun nüvə obyektlərinə qarşı həyata keçirilən hücumların beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirərək, beynəlxalq ictimaiyyəti bu addımları qəti şəkildə qınamağa çağırıb. İrəvani vurğulayıb ki, bu hücumlar Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) zərbə vurur.
Almaniya Baş naziri Fridrix Merts, ölkəsinin Ukraynaya hərbi qüvvə göndərməsi ilə bağlı müzakirələrə son nöqtəni qoyaraq, atəşkəs təmin olunana qədər Ukraynaya alman əsgərlərinin göndərilməyəcəyini bəyan edib. Merts bəyan edib ki, hazırda Ukraynanın müttəfiqləri arasında atəşkəs və sülh sazişindən sonrakı mərhələyə dair təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar davam edir.
ABŞ prezidenti Donald Tramp Karib dənizinin cənubunda Venesueladan çıxış edən sürət qayığına qarşı həyata keçirilən hərbi əməliyyat nəticəsində “Tren de Aragua” qrupuna məxsus 11 nəfərin öldürüldüyünü açıqlayıb. Yayımladığı mesajında hücumun beynəlxalq sularda baş verdiyini və əməliyyatda ABŞ hərbçilərinin itki vermədiyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib ki, əgər beynəlxalq nüvə razılaşmasına yenidən nail olunarsa, Tehran uranın zənginləşdirilmə səviyyəsini 2015-ci il sazişində olduğu kimi 3,67 faizə endirməyə hazırdır.
“Vaşinqton yaxşı niyyət ortaya qoymur, əksinə İrana qarşı qanunsuz təzyiqləri davam etdirir. Avropa ölkələri də ABŞ və İsrailin tələbi ilə ‘mexanizm-i zənəd’ (sanksiyaların avtomatik bərpası) prosesini işə salıblar” –deyə, Bəqai bildiirb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran ABŞ-ın birbaşa danışıqlar təklifinə cavab verərkən Vaşinqtonun keçmişdə nümayiş etdirdiyi mövqeləri diqqətlə nəzərə alacaq. Bəqai qeyd edib ki, son on ildə ABŞ azı iki-üç dəfə diplomatik prosesləri pozub.
Tramp, avqustun 11-də elan etdiyi “ictimai təhlükəsizlik fövqəladə vəziyyəti” çərçivəsində Vaşinqtonda avtomobil qaçırma hallarının 87 faiz azaldığını, eləcə də digər cinayət kateqoriyalarında əhəmiyyətli enişlər müşahidə olunduğunu bildirib. O, “Vaşinqton cəmi 14 gün ərzində planlaşdırılandan çox daha sürətli cinayətdən azad zona olacaq,” – deyə vurğulayıb. Qeyd edək ki, Tramp administrasiyası vəzifəyə gəldikdən sonra Vaşinqton D.C.-nin yerli hökumətlərini cinayət və evsizliklə mübarizədə uğursuzluqda ittiham edib. Paytaxtda cinayət nisbətlərinin artdığını iddia edən Tramp, şəhərin təhlükəsiz, təmiz və yaşana bilən bir məkana çevrilməsi üçün federal hökumətin idarəçiliyi ələ almasını müdafiə etmişdi. Bu məqsədlə, avqustun 11-də Tramp “Vaşinqtonda təhlükəsizliyin təmin edilməsi və küçələri evsizlərdən təmizləmək” kimi səbəblərlə Vaşinqtonun Metropolitan Polis İdarəsini federal nəzarətə götürüb və şəhərə təxminən 800 Milli Qvardiya əsgəri yerləşdirib.
ABŞ Prezidenti Donald Tramp administrasiyası Suriya ilə İsrail arasında təhlükəsizlik razılaşmasını təmin etmək üçün diplomatik səylərini gücləndirib. Razılaşmanın sentyabrın 25-də BMT Baş Assambleyasının kənarında elan olunması və ya imzalanması nəzərdə tutulur.