#Vaşinqton

İran XİN sözçüsü ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi müdaxiləni kəskin şəkildə pisləyərək, bu addımı milli suverenliyin fundamental prinsiplərinin açıq şəkildə pozulması kimi qiymətləndirib. Bəqai bildirib ki, belə bir hücum heç bir halda əsaslandırıla bilməz və beynəlxalq hüquqa ziddir. Onun sözlərinə görə, beynəlxalq normaların davamlı şəkildə pozulması qlobal ictimaiyyəti ciddi nəticələr barədə düşünməyə vadar etməlidir.

Ərdoğan görüş barədə ilk açıqlamanı ötən cümə günü Cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən verib. O, Rusiya–Ukrayna müharibəsi ilə bağlı 2026-cı il perspektivlərinə dair sualı cavablandırarkən bildirib ki, beynəlxalq liderlərlə intensiv diplomatik təmaslar davam edir. Görüşdə Rusiya–Ukrayna müharibəsinin gedişi, Qəzza zolağındakı son vəziyyət və Venesuelada baş verən proseslərin əsas müzakirə mövzuları olacağı gözlənilir.

ABŞ Prezidenti Donald Tramp Meksika və Kolumbiya ilə bağlı sərt açıqlamalar verərək, regionda təhlükəsizlik və narkotik dövriyyəsi məsələlərini gündəmə gətirib. Florida ştatında istirahətdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp, Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilələrin “doğru və haqlı” olduğunu iddia edib. Onun sözlərinə görə, Venesueladan ABŞ-yə böyük həcmdə narkotik daşınır və ölkənin Prezidenti Nikolas Maduro “narko-terror dövləti” idarə edir.

"Yalnız indi Marko Rubio ilə telefon danışığını bitirdim. O mənə bildirdi ki, Nikolas Maduro ABŞ-ın hərbi qüvvələri tərəfindən cinayət ittihamları üzrə məhkəmə araşdırmasının aparılması üçün saxlanılıb və bu gün müşahidə etdiyimiz hərbi tədbirlər həbs orderini icra edənlərin qorunması üçün həyata keçirilib"- bu açıqlama ABŞ senatoru, respublikaçı Mayk Li tərəfindən paylaşılıb.

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatın uğurla başa çatdığını, ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşının əməliyyat zamanı ələ keçirilərək ölkə xaricinə çıxarıldığını açıqlayıb. Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada ABŞ silahlı qüvvələrinin Venesuelada planlaşdırılmış hərbi əməliyyatı tamamladiğını bildirib.

ABŞ Prezidenti Donald Tramp İranda baş verən etiraz aksiyaları ilə bağlı sərt bəyanatla çıxış edib. Tramp bildirib ki, əgər İran hakimiyyəti dinc etirazçılara qarşı zorakılıq tətbiq edərsə, ABŞ müdaxiləyə hazırdır. ABŞ Prezidenti bu fikirləri özünə məxsus Truth Social sosial şəbəkəsində paylaşıb. O, paylaşımında İran hakimiyyətini bir daha sərt şəkildə tənqid edərək, Vaşinqtonun vəziyyəti yaxından izlədiyini və dərhal hərəkətə keçməyə hazır olduğunu vurğulayıb.

Venesuela Prezidenti Nikolas Maduro ABŞ administrasiyasının təzyiqləri və hərbi əməliyyatları davam etdirdiyi bir vaxtda Karakasın narkotik qaçaqmalçılığı ilə mübarizə məsələsində Vaşinqtonla konstruktiv dialoqa hazır olduğunu bəyan edib. Maduro, ABŞ ilə bu sahədə razılaşma üzrə danışıqlara açıq olduqlarını bildirib, lakin ötən həftə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Venesueladakı bir limana təşkil etdiyi iddia edilən pilotsuz uçuş aparatı hücumu ilə bağlı şərh verməkdən imtina edib.

İsrail mətbuatı İsrail və ABŞ-nin Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidlə bağlı razılıq əldə etdiyini iddia edib. Bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı razılaşmanın ikinci mərhələsinə keçidi nəzərdə tutan ABŞ administrasiyası ilə əldə olunan razılaşmalardan sonra Tel-Əvivə qayıdıb.