#İran etirazları

ABŞ-ın Virciniya ştatında yerləşən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İranda 2025-ci il 28 dekabr tarixində başlayan etiraz aksiyalarında həlak olanların sayının 7 min 2 nəfərə çatdığını açıqlayıb. Məlumata görə, ölkənin müxtəlif bölgələrində keçirilən aksiyalar zamanı 52 min 941 nəfər saxlanılıb. Ölənlər arasında 214 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir. HRANA əlavə 11 min 730 hadisənin araşdırıldığını qeyd edib. Agentlik daha əvvəl ölənlərin sayını 6 min 984 nəfər olaraq açıqlamışdı.

İran Prezidenti Məsud Pezeşkian, ölkədə baş verən etirazların şiddət hadisələrinə çevrilməsi ilə bağlı ciddi açıqlama verdi. Pezeşkian iddia edib ki, ABŞ Prezidenti Donald Tramp, İsrail Baş Naziri Benyamin Netanyahu və bəzi Avropa ölkələri etirazlar zamanı müəyyən şəxsləri silahlandıraraq şiddət hadisələrinə səbəb olublar.

İran hakimiyyəti ölkə daxilində internetə çıxışla bağlı tətbiq edilən məhdudiyyətləri yaxın günlərdə tam aradan qaldırmağı planlaşdırır. Diplomatın sözlərinə görə, Tehran internetin uzunmüddətli şəkildə söndürülməsində maraqlı deyil, çünki bu, ölkə iqtisadiyyatının normal fəaliyyətinə ciddi maneələr yaradır. O qeyd edib ki, artıq internetin bir çox seqmentləri yenidən ictimaiyyət üçün əlçatan olub.

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 137-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 27 min 797 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 208 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 137 nəfər həyatını itirib.

Avropa İttifaqı İranda davam edən etiraz aksiyalarına qarşı güc tətbiqini və insan hüquqlarının kobud pozulmasını pisləyən qətnamə layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib. səsvermədə 562 deputat lehinə, 9 deputat isə əleyhinə səs verib. Qətnamədə minlərlə etirazçının öldürülməsindən ciddi narahatlıq ifadə olunub və bu yanaşma müxalifəti boğmaq üsulunda “strateji məhvə” doğru təhlükəli keçid kimi qiymətləndirilib. Sənəddə həbsdə olan bütün etirazçıların, hüquq müdafiəçilərinin və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur.

ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) İrandakı iqtisadi böhran fonunda başlayan kütləvi aksiyalarda insan itkisinin kəskin artdığını açıqlayıb. Agentliyin son hesabatına görə, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 4 min 29 nəfərə yüksəlib. Həlak olanlar arasında 180 təhlükəsizlik əməkdaşının da olduğu bildirilir.

Türkiyə Milli Müdafiə Nazirliyi İrandakı son vəziyyətlə bağlı ölkənin şərq sərhədlərində görülən genişmiqyaslı təhlükəsizlik tədbirləri barədə məlumat yayıb. Nazirliyin həftəlik brifinqində 560 kilometrlik İran sərhədinin hər cür hava və ərazi şəraitində 24 saat fasiləsiz qorunduğu bildirilib. Sərhəd xətti boyunca texnoloji vasitələrlə gücləndirilmiş fiziki təhlükəsizlik sistemlərinin qurulduğu və bölmələrin imkanlarının mütəmadi artırıldığı qeyd olunub.

İran ordusu ölkədə artan zorakılıq hadisələri fonunda “milli maraqları qoruyacağıq” mesajını verib. İran dövlət televiziyasının məlumatına görə, İran ordusu ölkədə baş verən etiraz aksiyaları və son dövrdə artan zorakılıq halları ilə bağlı açıqlama yayıb. Açıqlamada İran xalqının birlik və həmrəylik içində hərəkət etməsinin vacibliyi vurğulanıb, İran ordusunun digər silahlı qüvvələrlə birlikdə “milli maraqları, strateji infrastrukturu və dövlət əmlakını qətiyyətlə qoruyacağı” bildirilib.

İranda bir həftədən uzun davam edən etirazlarda 35 nəfər həyatını itirib, 1 200-dən çox insan saxlanılıb. Etirazlar ölkənin 27 vilayətində davam edir. İranda baş verən etirazlarda ölənlərin sayı azı 35-ə çatıb. Ölümlər arasında 29 etirazçı, 4 uşaq və İran təhlükəsizlik qüvvələrinin 2 üzvü var. ABŞ-ın İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat verib ki, etirazlarda 1 200-dən çox insan saxlanılıb.

İranın paytaxtı Tehranda İsraillə əlaqəli olduğu iddia edilən bir şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İran polisi həmin şəxsin MOSSAD ilə əlaqədə olduğunu və ölkə üzrə davam edən etiraz aksiyalarını qızışdırmaqda iştirak etdiyini bildirir. Tehran polisi saxlanılan şəxslə bağlı görüntülər yayıb. Adı açıqlanmayan şəxsin maddi qarşılıq müqabilində MOSSAD üçün fəaliyyət göstərdiyi və müxtəlif şəhərlərdə keçirilən aksiyalarda təxribatçı rol oynadığı iddia olunur.

Netanyahu əlavə edib ki, İranda baş verənlər “sürətli və dramatik” xarakter daşıyır və bu hadisələr “iranlıların taleyini öz əllərinə aldıqları həlledici məqam” ola bilər. Məlumat üçün bildirək ki, i, İranda etirazlar ötən bazar günü mağaza sahiblərinin iqtisadi vəziyyətə etiraz olaraq iş dayandırması ilə başlayıb. Sonradan aksiyalar genişlənərək daha çox şəhəri əhatə edib və iştirakçıların irəli sürdüyü tələblər siyasi məzmun alıb.