#İtaliya

İtaliya polisi şənbə günü açıqlayıb ki, Fələstin qruplaşması HƏMAS üçün milyonlarla avro toplamaqla günahlandırılan yeddi nəfəri həbs edib. Polisin açıqlamasına görə, rəsmi olaraq Fələstin vətəndaşlarına dəstək göstərmək məqsədilə fəaliyyət göstərdiyi bildirilsə də, əslində HƏMAS-ın maliyyələşdirilməsi üçün vasitəçilik edən üç təşkilat istintaqa cəlb olunub.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,07 ABŞ dolları və ya 0,11 faiz artaraq bir barel üçün 64,43 ABŞ dolları təşkil edib.

Səhiyyə Nazirliyində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüş keçirilib. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində xüsusi rolunu vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar və mədəniyyət sahələrində təşəbbüslərinin əməkdaşlığın genişlənməsinə verdiyi töhfələri qeyd edib.

Bișkek vaxtı ilə 1 dekabr 2025-ci il gecə yarısı Qırğızıstanın Rusiyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında, Qətərdə, Misirdə və Küveytdə yerləşən 80 xarici seçki məntəqəsində səsvermə prosesi başa çatıb. Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, eyni saatlarda ölkə hüdudlarından kənarda yerləşən daha 20 seçki məntəqəsində səsvermə davam edir. Həmin məntəqələr ABŞ, Böyük Britaniya, Macarıstan, Almaniya, Avstriya, Çexiya, Slovakiya, İtaliya, Belçika, İsveçrə və Fransada fəaliyyət göstərir.

İtaliya parlamenti qadın qətlini cinayət qanununa daxil edən və bu cinayəti ömürlük həbs cəzası ilə cəzalandıran qanunu təsdiqləyib. Son illərdə İtaliyada qadınlara qarşı zorakılıq və qadın qətllərinin artması ölkədə geniş ictimai etiraza səbəb olmuşdu. Bu problemi aradan qaldırmaq üçün mühüm addım atan parlament, qadın qətlini qanuna daxil edən və müvafiq cəzanı nəzərdə tutan qanunu qəbul edib.

ABŞ-də Bosniya müharibəsi zamanı baş verən “cinayət turizmi” iddiaları ilə bağlı yeni araşdırma başladılıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna, X sosial şəbəkəsində yayılan məlumatlar fonunda, Bosniyada mülki şəxslərə - o cümlədən uşaqlara - pul qarşılığında atəş açıldığı iddialarının artıq rəsmi şəkildə araşdırıldığını bildirib.