#İtaliya

G7 ölkələrinin xarici işlər nazirləri, qlobal məsələləri müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə Kanadanın ev sahibliyi etdiyi zirvə görüşündə bir araya gəlir. Kanada hökumətinin açıqlamasına görə, zirvə Kanada, ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Avropa İttifaqının (AB) nümayəndələrini bir araya gətirir. Ontario əyalətinin Niagara bölgəsində iki gün davam edəcək görüş, qlobal məsələlərin müzakirəsi və ölkələr arasındakı əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilir.

Çempionlar Liqasının 5-ci turunun Napoli - Qarabağ görüşünə biletlər artıq satışa çıxarılıb. Biletlərin qiyməti 25 avrodan 165 avroya (təxminən 49 manatdan 324 manata qədər) dəyişir. Qeyd edək ki, 4 turdan sonra Qarabağ 7 xalla 15-ci, Napoli 4 xalla 24-cü pillədədir.

Napolinin baş məşqçisi Antonio Konte klubu tərk edə bilər. Mütəxəssisin gedişi ilə bağlı qərar onun klub prezidenti Aurelio De Laurentisin görüşündən sonra qəbul oluna bilər. Xatırladaq ki, Qarabağ Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu səfərdə Napoliyə qarşı keçirəcək.

İtaliya Respublikasının paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində (NDC) 34-cü NATO Regional Əməkdaşlıq kursunun (NRCC-34) buraxılış mərasimi keçirilib. Bildirilib ki, kurs müddətində müttəfiq və tərəfdaş ölkələrdən gəlmiş iştirakçılarla birlikdə strateji düşüncə, regional təhlükəsizlik, əməkdaşlıq mexanizmləri və sahə tədqiqatları üzrə dərslər, seminarlar və praktiki fəaliyyətlər aparılıb.

İtaliya Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti Türkiyənin pilotsuz uçuş aparatları sahəsində dünya miqyasında tanınan şirkəti “Baykar”ın istehsalat və texnoloji mərkəzində olub. Heyət, şirkətin yeni nəsil müdafiə texnologiyaları və gələcək layihələri ilə yaxından tanış olub. İtaliyanın müdafiə nazirinin müavini Matteo Perego di Cremnago, Hərbi Hava Qüvvələri Komandanı Kor­general Antonio Conserva, Quru Qoşunları Komandanı Kor­general Carmine Masiello və Hərbi Dəniz Qüvvələri Komandanının müavini Koramiral Giuseppe Berutti Bergotto başda olmaqla geniş nümayəndə heyəti Baykar Texnologiyalarını ziyarət edib.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,57 ABŞ dolları və ya 0,92 faiz artaraq bir barel üçün 62,40 ABŞ dolları təşkil edib. Məlumata görə, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,53 dollar və ya 0,88 faiz bahalaşaraq 60,44 dollar olub.

İtaliyada hakim partiya burka və niqabı bütün ictimai yerlərdə qadağan etmək üçün qanun layihəsi təqdim edib. Qadağanı pozanlara 300 ilə 3 min avro arasında cərimə tətbiq olunacaq. Bu qadağa artıq Lombardiya bölgəsində qüvvədə idi. İtaliyada hakimiyyətdə olan İtaliyanın Qardaşları Partiyası, "İslamla əlaqəli mədəni parçalanma ilə mübarizə" adı altında hazırlanmış geniş qanun layihəsinin bir hissəsi kimi, ictimai yerlərdə burka və niqabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.

İsrailin Əzm Donanmasında qanunsuz şəkildə saxladığı və bu gün azad etdiyi italyan aktivistlərdən son qrupdakı 7 nəfər ötən gecə Roma Fiumicino Hava Limanına çatıb. Əzm Donanmasında iştirak edən 45 italyan aktivistin ölkələrinə qayıdışı ötən gecə 15 nəfərlik son qrupun da gəlməsi ilə tamamlanıb. İsraildən ən son ayrılan 15 nəfərlik italyan aktivist qrupu dünən günorta saatlarında ilk olaraq Yunanıstanın paytaxtı Afinaya çatıb. Bu 15 nəfərdən 7-si isə yerli saatla 22:30 (Bakı vaxtı ilə 23:30) radələrində Aegean Hava Yollarının reysi ilə Afinadan Romaya gəlib.

İtaliya müdafiə naziri Crosetto açıqlamasında NATO və Avropa İttifaqı çərçivəsində iki ölkənin uzunmüddətli əməkdaşlığına diqqət çəkərək, “Heç bir ölkə Ukraynadan Yaxın Şərqə, Afrikadan Balkanlara qədər uzanan böhran və təhlükələrə təkbaşına cavab verə bilməz. Əsas məsələ ortaq dəyərləri ortaq qabiliyyətlərə çevirməkdir. Bu, kollektiv təhlükəsizlik və regional sabitliyin təminində vacibdir”,- deyə o bildirib.