#Ağ Ev

Böyük Britaniya kralı III Çarlzın ABŞ-a dövlət səfəri planlaşdırılır. ABŞ prezidenti Donald Tramp sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, kral III Çarlz və kraliça 27–30 aprel tarixlərində ABŞ-a rəsmi səfər edəcək. Məlumata görə, səfər çərçivəsində 28 aprel axşamı Ağ Evdə rəsmi qəbul mərasimi keçiriləcək.

Ağ Ev İranla pərdəarxası aparılan danışıqlarda mühüm irəliləyişin olduğunu bəyan edib. Rəsmi məlumata görə, Tehran tərəfi münaqişəni sonlandırmaq üçün ABŞ administrasiyasının irəli sürdüyü bəzi strateji bəndlər və şərtlərlə razılaşıb.ABŞ rəsmiləri vurğulayıblar ki, qapalı qapılar arxasında keçirilən görüşlərdə əldə olunan bu razılıqlar İran rejimindəki "mötədil ünsürlərin" hərbi və iqtisadi dağıntıları dayandırmaq istəyini əks etdirir. Bildirilib ki, xüsusi görüşlərdə nümayiş etdirilən bu çeviklik rejimin ictimaiyyət qarşısında səsləndirdiyi sərt bəyanatlarla kəskin ziddiyyət təşkil edir.

ABŞ Qəzza sektoru üzrə Sülh Şurası liderlərinin görüşünü fevralın 19-da Vaşinqtonda keçirməyi planlaşdırır. Nəşrdə bildirilib ki, ABŞ rəsmisinin və Qəzza üzrə Sülh Şurasına daxil olan dörd ölkənin diplomatlarının sözlərinə görə, Ağ Ev şura liderlərinin görüşünü fevralın 19-da keçirməyi nəzərdə tutur. Portalın məlumatına əsasən, görüş ABŞ Sülh İnstitutunda (USIP) baş tuta bilər. Sözügedən institut daha əvvəl ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılıb. İlk görüşdən bir gün əvvəl Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında danışıqların aparılması gözlənilir.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfəri zamanı Qəzza zolağında əlavə hərbi əməliyyat üçün Vaşinqtondan dəstək istəyə bilər. Məlumata görə, Netanyahu ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmağı planlaşdırır. Bildirilir ki, o, sülh planının növbəti mərhələsinə razılıq verməzdən əvvəl ABŞ-nin mövqeyini təmin etməyə çalışacaq. Bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə bir neçə simvolik hədiyyə göndərib. Həmin hədiyyələr arasında Ağ Evin rəmzi açarı və ABŞ Prezidentinin şəxsi avtoqrafı olan beysbol papağı yer alır. Məlumata görə, etimadnamələrin təqdim olunması mərasimindən sonra keçirilən qısa söhbət zamanı Qazaxıstanın ABŞ-dakı yeni səfiri Məğjan İlyasov Prezident Donald Trampla görüşüb. Söhbət zamanı ABŞ lideri cari ilin noyabrında Oval kabinetdə Kasım-Jomart Tokayevlə keçirdiyi görüşlə bağlı təəssüratlarını bölüşüb.

ABŞ-da federal hakim Syuzen İllston prezident Donald Tramp administrasiyasının minlərlə dövlət qulluqçusunu işdən azad etmə planını müvəqqəti olaraq dayandırıb. Qərar Kaliforniya federal məhkəməsində keçirilən dinləmədən sonra elan olunub. Hakim bildirib ki, Tramp administrasiyasının addımları qanunla ziddiyyət təşkil edir və açıq siyasi motiv daşıyır.

ABŞ prezidenti Donald Tramp planlı tibbi müayinədən keçib və həkiminin sözlərinə görə, ümumi sağlamlıq vəziyyəti “əladır”. Tramp, Vaşinqton yaxınlığındakı “Valter Rid” Hərbi Tibb Mərkəzində illik tibbi müayinədən keçib. Ağ Ev tərəfindən yayılan məktubda Trampın həkimi Şon Barbabell bildirib ki, “prezident Tramp əla ümumi sağlamlıq göstəricilərini qorumaqda davam edir”.

“Taliban” hərəkatı bildirib ki, təşkilat şənbə günü ABŞ prezidenti Donald Trampın administrasiyasının nümayəndələri ilə Əfqanıstan və Amerika arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edib. Ağ Ev görüş barədə rəsmi açıqlama yaymayıb və şərh verməkdən imtina edib. Talibanın bəyanatına görə, xarici işlər naziri Əmir Xan Müttəqi Trampın xüsusi girov məsələləri üzrə elçisi Adam Böhler və ABŞ-ın digər nümayəndəsi Zalmay Xəlilzadla görüşüb. Görüşdən fotolar da yayımlanıb. Bəyanatda qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin inkişafı, vətəndaşlarla bağlı məsələlər və Əfqanıstana investisiya imkanlarını müzakirə ediblər. ABŞ tərəfi həmçinin ötən ay ölkənin şərqini silkələyən zəlzələ qurbanları ilə bağlı başsağlığı verib.