#Alparslan Bayraktar

Türkiyənin enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, 2026-cı ildə Akkuyu Nüvə Elektrik Stansiyasından ilk elektrik enerjisinin istehsal ediləcəyini və bunun ilin ən çox danışılacaq mövzularından biri olacağını bildirib.Bayraktar Filyosdakı səfəri zamanı nazirliyin bağlı qurumları və idarələri ilə video konfrans vasitəsilə əlaqə saxlayaraq sahədəki qruplara yeni ilin ilk tapşırıqlarını verdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu” çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. 2025-ci ilin BMT Baş Assambleyasının qərarı ilə “Beynəlxalq Sülh və Etimad İli” elan olunması və Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə təşkil olunan forumda iştirak edən Ərdoğan, Aşqabaddakı ikitərəfli təmaslarını davam etdirir.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) Enerji Nazirlərinin Beşinci Toplantısına ev sahibliyi edəcək. Tədbirdə Türk dövlətləri arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün atılmalı addımlar müzakirə olunacaq. Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar 9–10 dekabr tarixlərində İstanbulda keçiriləcək toplantı çərçivəsində iştirakçı ölkələrin enerji nazirləri ilə ikitərəfli görüşlər aparacaq və mövcud əməkdaşlıqların genişləndirilməsi istiqamətlərini müzakirə edəcək.

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Türkiyə ilə Pakistan arasında Pakistanın 3 dəniz və 2 quru sahəsində neft və qaz axtarışı və istehsalı ilə bağlı müqavilələr imzalanıb. Bu anlaşmalar Türkiyə Petrolləri (TPAO) ilə Pakistanın Mari Energies, Fatima, OGDCL, PPL, Prime və GHPL şirkətləri arasında bağlanıb.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin təbii qaz ehtiyacının demək olar ki, yarısının artıq LNG (mayeləşdirilmiş təbii qaz) şəklində gəmilərlə təmin oluna biləcəyini açıqlayıb. Nazirliyin məlumatına görə, Bayraktar Türkiyənin LNG infrastrukturunun, istehlakın ən yüksək olduğu sərt qış günlərində belə ev təsərrüfatlarının qaz tələbatını tam şəkildə qarşılayacaq gücə sahib olduğunu bildirib.

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Dünya Bankı Avropa və Orta Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə aparılan görüşdə ilkin mərhələdə 6 milyard dollarlıq maliyyə paketi üzərində işlərə start verilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Nazir sosial media paylaşımında bildirib ki, maliyyə vəsaiti yüksək voltajlı elektrik ötürmə yatırımlarında istifadə olunacaq və Türkiyənin 2035-ci il üçün müəyyən etdiyi 120 min meqavatlıq günəş və külək enerjisi hədəfinə töhfə verəcək.

Kəmərin fəaliyyətə başlaması ilə bağlı məlumat verib. Nazir bildirib ki, 6 fevral 2023-cü ildə baş verən zəlzələlər səbəbindən müvəqqəti olaraq dayandırılan kəmər 4 oktyabr 2023-cü ildə BOTAŞ tərəfindən operasiyaya hazır vəziyyətə gətirilib.

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Trampın Ağ Ev görüşü öncəsi mühüm enerji razılaşmasının imzalandığını açıqlayıb. Razılaşmaya əsasən, 2026-cı ildən başlayaraq hər il təxminən 4 milyard kubmetr, ümumilikdə isə 70 milyard kubmetr təbii qaz ekvivalenti LNG Türkiyəyə gətiriləcək. LNG həm ABŞ-dakı yükləmə terminallarından, həm də Türkiyə, Avropa və Şimali Afrikadakı qazlaşdırma mərkəzlərindən təhvil veriləcək.

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Türkiyə ilə Çin arasında fərqli coğrafiyalarda əməkdaşlığın mümkün olduğunu bildirərək, “Bu əməkdaşlıq Afrika, Yaxın Şərq, Orta Asiya və ya Balkanlarda ola bilər. Bu bölgələrdə də əməkdaşlığa açığıq,” – deyə qeyd edib. Nazir Bayraktar, Çin dövlət televiziyasına bağlı CGTN Türk kanalına verdiyi müsahibədə Türkiyə ilə Çin arasında enerji əməkdaşlığına dair qiymətləndirmələr aparıb.