Ərdoğan ABŞ prezidenti Donald Trump, İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb, tərəfləri atəşkəsə çağırıb və Türkiyənin vasitəçi roluna hazır olduğunu vurğulayıb.
#Donald Tramp
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun bu həftə İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşə biləcəyi ehtimal olunur.
Bəyanat layihəsində tərəflərə qarşıdurmanı artırmamaq çağırışı yer alıb. Sənəddə bölgədə sabitliyin qorunmasının vacibliyi vurğulanıb və İsrailin özünü müdafiə etmək hüququ tanınıb.
ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında artan gərginliklə bağlı verdiyi açıqlamada tərəfləri razılaşmaya çağırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında son 24 saat ərzində ikinci telefon danışığı baş tutub.
ABŞ prezidenti Donal Tramp bildirib ki, ABŞ İsrail ilə İran arasındakı münaqişəyə müdaxilə edə bilər.
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında İsrail və HƏMAS arasında gedən münaqişənin tezliklə başa çatacağına inandığını bildirib.
Rusiya prezidenti Vladimir Putin İsrail ilə İran arasında gərginliyin azaldılması üçün Moskvanın vasitəçi olmağa hazır olduğunu bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi İsrailin İrana hücumunun ABŞ-ın icazəsi olmadan həyata keçirilə bilməyəcəyini iddia edib. Bekayi iddia edib ki, Vaşinqton Tehranla nüvə danışıqlarını mənasız edib.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ABŞ prezidenti Donald Trampla İsrailin İrana şiddətli hücumları ilə başlayan gərginliyi müzakirə edib.