#Donald Tramp

Putin avqustun 15-də Alyaskada ABŞ prezidenti Donald Trampla Ukrayna məsələsi və ikitərəfli münasibətləri müzakirə edəcək. Bu, onun 2015-ci ildə BMT Baş Assambleyasında iştirak üçün Nyu-Yorka getməsindən sonra ABŞ-a ilk səfəri olacaq. Keçmişdə Nikita Xruşşov, Leonid Brejnev, Mixail Qorbaçov, Boris Yeltsin və Dmitri Medvedev ABŞ-a səfər etsələr də, heç biri Alyaskaya getməyib.

Prezident İlham Əliyev baş nazir Nikol Paşinyana Donald Trampa Nobel Sülh Mükafatının verilməsi təşəbbüsü ilə Nobel Komitəsinə birgə müraciət göndərməyi təklif edib. Dövlətimizin başçısı Vaşinqtonda birgə bəyanat zamanı bu barədə deyib: “Bəlkə biz Baş nazir Paşinyan ilə razılaşarıq və Nobel mükafatının komitəsinə birgə təşəbbüs də irəli sürə bilərik. Cənab Tramp bu mükafata layiqdir”.