#Donald Tramp

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar.

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağ Evə gəldi. Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü oldu. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Donald Trampın dəvəti əsasında ABŞ-da səfərdədir. Səfər çərçivəsində ilkin təmaslar baş tutub və pozitiv mesajlar ictimaiyyətə açıqlanıb. Bununla belə, məsələyə aydın nəzər yetirmək və praqmatik yanaşma sərgiləmək üçün iki əsas aspektə baxmaq lazımdır

Göyüşlü açıqlamasında bildirib ki, ABŞ keçmişdə də uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycan–Ermənistan münaqişəsinin həllində vasitəçi kimi çıxış edib. “Biz unutmamışıq ki, ABŞ bu prosesdə yeni deyil, köhnə bir vasitəçidir. Artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində də iştirak edib. Doğrudur, Minsk qrupu effektiv nəticə verə bilmədi, biz məsələni özümüz həll etdik. Amma qrupun üç həmsədrindən biri ABŞ olub və bu gün də Minsk qrupu hələ ləğv edilməyib. Buna görə də hesab edirəm ki, ABŞ bu proseslə tanışdır və onun vasitəçiliyi sülhün əldə olunmasına müsbət təsir göstərə bilər.” - deyə o qeyd edib.

İran Baş Qərargah rəisi Əbdülrəhim Musəvi ABŞ Prezidenti Donald Trampın uranın zənginləşdirilməsi ilə bağlı xəbərdarlığından sonra “istənilən yeni təcavüz keçmişdən fərqli olaraq qəti və sarsıdıcı cavabla qarşılanacaq”- deyə bildirib. Musəvi həmçinin bütün cəbhələrdə müharibəyə hazır olmağa çağırış edib.

Putinin xarici siyasət müşaviri Yuri Uşakov sammitin yerinin artıq müəyyənləşdiyini, dəqiq tarix və təfərrüatların isə hazırlıq işləri başa çatdıqdan sonra açıqlanacağını bildirib. ABŞ dövlət katibi Marko Rubio isə görüşün son dərəcə çətin olacağını, hər iki tərəfin ciddi güzəştlərə getməli olacağını vurğulayıb. Rubio həmçinin Rusiya atəşkəs elan etmədiyi halda, 8 avqustdan etibarən yeni sanksiyaların tətbiq edilə biləcəyini qeyd edib.